Ən gözəl nizama diqqət etmək insana nə verir?
Quran təlimlərində ən mühüm əsaslardan biri – Allahın hikmətinə diqqət etməkdir. Yer üzərində baş verən hər bir hadisə Allahın müdrikcəsinə iradəsi sayəsində həyata keçir və hər şeyin hesabı və kitabı vardır.
İlahi hikmət onu göstərir ki, varlıq aləmi bütün sahələrində dəqiq, hesablanmış qanun və qaydalar əsasən təşkil edilmişdir. Allahın hər bir əmri hikməti üzərindən baş verər. Bu, həmin o şeydir ki, Qurani-Kərim onu “nizami-əhsən” adlandırır. “Allah qüdrətli və (yaradılış və şəriət məsələlərində məsləhəti daha yaxşı bilən) hikmət sahibidir”. (“Bəqərə” 228). Bəs İlahi hikmətə diqqət etməyin hansı faydaları vardır? 1. İlahi hikmətə diqqət etmək, insanın varlıq aləminin sirləri ilə bağlı elmini və agahlığını artırar və bəşər elminin tərəqqi etməsinə səbəb olar. Çünki o zaman ki, biz bu dünyanın Allah Təala tərəfindən xəlq olduğuna etiqad bəsləsək və bilsək ki, hər bir yaratdığı varlığında bir sirr gizlənmişdir – heç bir zaman bu məxluqlarının yanından laqeyd keçmərik. Əksinə, ona diqqət edib, İlahi hikməti tapmağa çalışarıq. Misal üçün, bir almanın ağacdan düşməsi ilə cazibə qüvvəsini kəşf etmək kimi. 2. İlahi hikmətə diqqət etmək, insana xoşagəlməz hadisələr qarşısında güc verər. Çünki bilər ki, bu müsibətlərin heç biri boş yerə olmur. Bu hiss onu həmin müsibətə qalib gəlmək üçün ruhlandırır və mətanətini gücləndirir. Hər kimin müsibət zamanı ruhiyyəsi yüksək olarsa, deməli o, İlahi hikmət bulağından sirab olmuşdur. 3. İlahi hikmətə diqqət etmək, Allahın təyin etdiyi qanunları asan qəbul etməyə yardım edər. İnsan bilər ki, bütün bu qanunlar Allah tərəfindən təyin edilmişdir. 4. İlahi hikmətə diqqət etmək, insan qəlbində olan nigarançılıqları aradan qaldırar. İnsan müsibət zamanı öz təmkinini itirməz. Dilini şikayət üçün açmaz. İmanını əldən verməz. /Deyerler.org/ Oxşar xəbərlər
|