Namazda düzgün qiraət (təcvid) qaydaları
Təcvid qaydalarında səhlənkarlıq edərkən namaz nə vaxt batil olur?
Bəzən Quranın xüsusilə də namazın bir kəlməsinin düzgün tələffüz edilməməsi onun batil olmasına səbəb olur. Misal olaraq “ علیم(əlim-bilən mənasına)” kəlməsi “الیم (əlim-dərdli mənasına)” kimi tələffüz edilərsə məna baxımından tamamilə dəyişir. Namazda təcvid qaydalarının əhəmiyyəti o dərəcədə böyükdür ki, bəzi hallarda namazın batil olmasına gətirib çıxarır. Qeyd etmək lazımdır ki, namazın qiraəti üçün qarilər səviyyəsində təcvid elminə yiyələnməyin zərurəti yoxdur, yalnız hərflərin düzgün tələffüzü öyrənmətə çalışmalıyıq. Dillərdə həriflərin məxrəcinin fərqli olması Məlum olduğu kimi fars əlifbasının çox hissəsi ərəb əlifbası ilə heç də fərqlənmir, ərəb dilində yalnız 10 hərifin məxrəci fars dilindən fərqlidir. Biz bu 10 hərifin tələffüzünü yaxşı öyrənməliyik. “ح-Ha” hərifinin tələffüzü Hər bir hərf xüsusi tələffüz olunan məxrəcə malikdir. "ح-Ha" hərfi hülqumun ortasından tələffüz olunmalıdır. Deməli "ha" hərfinin məxrəci hülqumdur. Bu hərf elə tələffüz edilməlidir ki, boğazın divarlarının daralması nəticəsində tutulmuş "ha" səsi icad olmalıdır. Əsas məsələ budur ki, "ha" hərifi tələffüz ediləndə qalın formada tələffüz edilməməlidir. Həmçinin "ha" hərifini tələffüz edərkən ifrat dərəcədə boğazı sıxmaq onun "xa" hərifinə çevriməsinə səbəb olur və əgər zəif formada tələffüz edilərsə bu zaman başadüşülməz boş səs icad olur. Bu hərfin tələffüzünü öyrənmək üçün ən asan yol budur ki, təsəvvür edin hava soyuqdur və siz də əllərinizi ağzınızla qızdırmaq istəyirsiniz belə bir formada "ha" hərifi təlffüz edilir. Qeyd edək ki, "ha" hərifi ilə bağlı digər qaydalar da mövcuddur , biz məqalənin davamında bu barədə ətraflı söhbət edəcəyik. Oxşar xəbərlər
|