Allah rəhmətindən uzaqlıq
İmam Əli (ə):
مَنْ وَجَدَ مَاءً وَ تُرَاباً ثُمَّ افْتَقَرَ فَأَبْعَدَهُ اللهُ “İxtiyarında torpaq və su olduğu halda, fəqir və ehtiyaclı olan şəxs Allahın rəhmətindən uzaqdır.” (“Biharul-ənvar”, c.100, səh.65.) Qısa izah İslami hədislərdən müsəlmanların əkinçilik, maldarlıq, mədənlər, ticarət və müxtəlif peşə sahələrindən istifadə edərək fəqirlik və yoxsulluqla mübarizə aparmalı olduğu həqiqəti anlaşılır. Həmçinin, əgər hansısa millət bu sərmayələrin hamısına deyil, yalnız onlardan birinə malik olarsa, öz iqtisadi çatışmazlıqlarını onların vasitəsilə təmin edərək ödəyə bilər. Əks-təqdirdə, həmin sərvətlərə sahib olan, lakin ondan istifadə etməyən bir millət Allah rəhmətindən uzaqlaşmış millət kimi olacaqdır. İslamın nəzərində başqalarına möhtac olmaq məzəmmət edilir. Allahın lütf və mərhəməti sayəsində bizim ixtiyarımızda su və torpaq ola-ola, nə üçün biz, hətta çörəklə özümüzü təmin etmək üçün digər ölkələrdən buğda və digər qida məhsullarını idxal etməliyik? Hazırladı: Maide.az – Maarif bölməsi Oxşar xəbərlər
|