Maddi sıxıntı və qəzəb probleminin həlli haqda əxlaq ustadından TÖVSİYƏ
İslamazeri.com-un “Mashregh”-ə istinadən verdiyi xəbərə əsasən, maddi problemin həlli ilə bağlı müraciətə cavab olaraq Ayətullah Məzahiri bildirib:
“Təlaq surəsinin 2 və 3-cü ayəsində olan bu sözləri çox desin (Vəmən yəttəqillahə yəccəllahu məxrəca və yərzuqhu min heysu la yəhtəsib) - (Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər). Bu zikrin günahdan çəkinmək şərti ilə çox köməyi olacaqdır.” Qəzəblənməklə bağlı suala isə Ayətullah Məzahiri cavab olaraq bildirib: “Qəzəb halınızın pis aqibətlərini özünüzə xatırladın. İmam Əlinin (ə) dediyi kimi: “Qəzəbin əvvəli dəlilik, sonu isə peşmançılıqdır. Bundan əlavə “La həvlə vəla quvvətə illə billəh” zikri də çox xeyirlidir.” Oxşar xəbərlər
|