Elmi, əməli, həqiqi hikmət. Onlara necə nail olmaq?
Mьəllif: admin1
Tarix: 25-12-2018, 10:21
Elmi, əməli, həqiqi hikmət. Onlara necə nail olmaq?
Quran və hədislərin nəzərinə görə, hikmət üç növə bölünür: elmi, əməli və həqiqi hikmətə.

Hikmətin hər bir növü nərdivanın pilləsinə bənzəyir. İnsan hər birini keçərək, kamal qalasına addım atır. Bu nərdivanın ilk pilləsi – elmi hikmətdir ki, onun əsasını peyğəmbərlər (ə) qoymuşdular.

İkinci pillə – əməli hikmətdir ki, insan onu gərək özü yaratsın.

İkinci pillə hazır olandan sonra, sonuncu pillə olan həqiqi hikmət pilləsi gəlir ki, insanı kamala çatdırır.

Hikmətin bu növlərini daha ətraflı tanıyaq.

Elmi hikmət.

Elmi hikmət deyildikdə, məqsəd hər bir bilik və ya mərifət nəzərdə tutulur ki, kamil insan olmaq üçün zəruridir. Başqa sözlə desək, həm əqaidə aid olan elm hikmətdir və həm də əmələ aid olan elm. Ona görə də Allah Təala həm etiqadi, həm əxlaqi, həm də əməli elmləri tanıdaraq, onların hamısını hikmət adlandırmışdır.

“Bu (iyirmi neçə vacib və haram xislət), Rəbbinin sənə vəhy etdiyi bəzi hikmətlərdəndir (şəriət hökmləri və əqli qanunlardandır)”. (“İsra” 39).

Elmi hikmət İlahi peyğəmbərlərin (ə) besətinin ilk fəlsəfəsi olmuşdur.

Qurani-Kərim bu haqda buyurur: “Şübhəsiz, Allah möminlərin boynuna, onlara (mələklərdən və cinlərdən deyil)özlərindən Onun ayələrini onlara oxuyan, onları paklaşdıran və onlara (səmavi) kitabı, şəriət hökmlərini və əqli maarifi öyrədən bir peyğəmbər göndərən zaman, haqq qoydu. Həqiqətən onlar bundan əvvəl açıq-aydın bir azğınlıqda idilər”. (“Ali-İmran” 164).

Əməli hikmət.

Əməli hikmət insanı kamala çatdıra bilən hər bir əmələ şamil edilir. İnsan, hikmət elmini əldə etdikdən sonra onu həyata keçirtməyə çalışmalıdır ki, bu da əməli hikmətin bünövrəsini təşkil edər.

İnsanlarla mülayim olmaq, Allah Təalaya itaət etmək, günahlardan və haramlardan uzaq olmaq, fırıldaqdan və yalandan çəkinmək... bunların hamısı əməli hikməti təşkil edir.

Həqiqi hikmət.

Həqiqi hikmət o bəsirət və nuranilikdir ki, əməli hikməti yerinə yetirən insanlarda hasil olar. Əslində elmi hikmət, əməli hikmətin müqəddiməsidir. Əməli hikmət isə həqiqi hikmətin. O zamana qədər ki, insan həqiqi hikmət pilləsinə çatmaz, həqiqi arif olmaz. Baxmayaraq ki, hikmətin böyük alimlərindən olsa belə.

Həqiqi hikmət əslində elmin cövhəri, elmin nurudur. Bu sayədə İlahi xof meydana gələr. Quran buyurur: “Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah (hər bir işdə) yenilməz qüdrət sahibi və bağışlayandır”. (“İsra” 28).

Həzrət Peyğəmbər (s) buyurur: “Allah xofu hər bir hikmətin əsasıdır”.

Həqiqi hikmət əqli cazibəyə malikdir və eyni zamanda nəfsani istəklərdən uzaqdır. O zamana qədər ki, nəfsi istəklər güclü olar – insan kamala çatmaz. O zaman ki, zəifləyər – insanı həqiqi hikmət qalasına ucaldar.

Bütün İlahi peyğəmbərlər (ə) və vəsilər – bu hikmət qalasını fəth etmiş və kamala çatmış insanlardırlar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031