Allahın seçilmişləri – Əhli-Beytə (ə) yardım edənlər
Mьəllif: admin1
Tarix: 26-12-2018, 18:43
Allahın seçilmişləri – Əhli-Beytə (ə) yardım edənlər
İmam Əli (ə) buyurur: “Allah, biz Əhli-Beyt (ə) üçün davamçılar və ardıcıllar seçmişdir ki, bizə yardım etsinlər. Bizim sevincimizə sevinər və bizim qəmimizə qəmgin olarlar”.

İnsanı adətən bir başqa insanın davamçısı olmağa vadar edən amil – qəlb sevgisi və məhəbbətidir. Peyğəmbərin (s) Əhli-Beyti (ə) – Allahın seçilmişləridir. Əgər başqalarının bu məsum insanlara sevgisi sadiq olarsa, ardınca həqiqi itaət gələr.

Bu nemətə malik olanlar gərək şükür etsinlər. Onu qoruyub saxlamaq da başqa bir vəzifədir. Hər bir ailə və hər bir ata və ana gərək Əli (ə) sevən və Hüseyn (ə) aşiqi olan övladlar yetişdirsinlər. Müəllimlər gərək Əhli-Beyt (ə) sevgisini öz şagirdlərinə aşılaya bilsinlər.

Bu baxımdan, Aşura əyyamı, Qədir-Xum bayramı və digər günlər bu meyvələrin bar verdiyi zamandır. Hər kim kədərli əyyamlarda Əhli-Beytə (ə) görə qəmgin və qüssəli olar və əza mərasimlərdə iştirak edərsə və qəlbindəki Hüseyn (ə) sevgisini sulamış olarsa, bayram günlərində isə şad olub, digər möminləri də sevindirərsə - həqiqi ardıcıllardan olmaq səadətinə qərq olar.

Bu səbəbdəndir ki, İmam Əli (ə) ismət nəslinin əzadarlarını Allahın seçilmişləri adlandırmışdır.

Həmd olsun, bu nemətə!





/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930