Fəryad qopacağı gün
وَيَا قَوْمِ إِنِّي أَخَافُ عَلَيْكُمْ يَوْمَ التَّنَادِ يَوْمَ تُوَلُّونَ مُدْبِرِينَ مَا لَكُمْ مِنَ اللَّهِ مِنْ عَاصِمٍ وَمَنْ يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ "Ey xalqım! Mən başınıza gələcək fəryad qoparacağınız gündən qorxuram. Geriyə dönüb qaçacağınız gün sizi Allahdan qoruyan tapılmaz. Allahın azğınlığa saldığı kimsəyə isə yol göstərən olmaz." (Ğafir, 32-33). İzah: Qiyamət günü fəryad və nalələr ucalacaq. Cənnət və Cəhənnəm mələklərinin onların sakinlərinə səslənməsi, Cəhənnəm əhlinin nalələri, onların bir-biri ilə mübahisə etməsi, Cənnət əhlinin əməl dəftərlərini görərkən sevincdən çığırması və s. hamısı o günün fəryad və çığırtılarıdır. Hədis: İmam Sadiq (ə): “Qiyamət günü insanların Allah qarşısındakı misalı oxun oxluqdakı misalıdır. Bir-birlərinə o qədər yaxın və sıx dayanarlar ki, hər birinin payına düşən yer yalnız ayaqlarının tutduğu qədər olar. Oxluqdakı ox kimi öz yerindən tərpənə bilməz(lər).” (Kafi, c. 8, səh. 143, hədis: 110). Oxşar xəbərlər
|