Borc almağın zərərləri
İslam Peyğəmbəri (s):
إِيَّاكُمْ وَ الْدَّيْنِ فَإنَّهُ هُمٌّ بِاللَّيْلِ وَ ذُلٌّ بِالنَّهارِ “Borc almaqdan çəkinin, çünki bu əməl gecə qəm-qüssə, gündüz isə zillətə səbəb olur.” (“Biharul-ənvar”, c.100, səh.141.) Qısa izah Hazırkı əsrdə maddi yaşayışın cah-calal və bərbəzəyi bəşər övladının qəlbini övlayır, borc və kredit kimi ağır yük altına girərək həyatını cəhənnəm əzabına çevirir. Borclu insan azad hesab edilmədiyi üçün, dini rəhbərlər zərurət olmadığı təqdirdə borc almağı məsləhət bilməmişlər. Əgər borclu olmaq məsələsi ölkə miqyasında meydana çıxarsa, bu zaman onun millət və xalqların mənəvi azadlıq və müstəqilliyinə vurduğu zərər həddən artıq ağır olacaqdır. Əsrimizdə dünyaya hökmranlıq edən hegemon dövlətlər zəif ölkələrə qarşı hiylə və siyasət işlədərək onları əvvəlcə özlərinə borclu edir, daha sonra isə istədikləri səmtə sürükləyə bilirlər. (Maide.az) Oxşar xəbərlər
|