Qiyamətdə ən şiddətli cəzaya məhkum zümrə
Mьəllif: admin1
Tarix: 28-12-2018, 09:54
Qiyamətdə ən şiddətli cəzaya məhkum zümrə
İslam Peyğəmbəri (s):

أَشَدُّ النَّاسِ عَذَاباً فِي الْقِيَامَةِ عَالِمٌ لَمْ يَنْفَعْهُ عِلْمُهُ

“Öz elmindən bəhrələnməyən (bildiyinə əməl etməyən) alimin qiyamətdə əzabı insanların əzabından şiddətli olacaqdır!”

(“Biharul-ənvar”, c.2, səh.38, hədis 64.)

Qısa izah

İslam məntiqinə əsasən, elm və bilik ona əməl etmək, fərd və cəmiyyətin sağlam və saflaşdırılması üçün vasitə rolunu oynayır və bunlar olmadan, o, əhəmiyyətsiz və dəyərsiz hesab edilir.

Cəmiyyətdə bilmədən fəsad törədən insanların məsuliyyəti bildiyi və agah olduğu halda, bu işlərə mürtəkib olanların məsuliyyətindən daha yüngüldür. Cəmiyyətin kütləvi təbəqəsini məlumatlandırmaqla vəzifəli olan, lakin həmin məsələdə səhlənkarlıq edən şəxslər öz elm və bilikləri qədər məsuliyyət yükünü daşımalıdır.

Belə bir sual yaranır ki, nə üçün qiyamət günü elmli insanların cəzası (cəzaya layiq dolduqları təqdirdə) digərlərindən daha şiddətli olacaqdır?

Sualın cavabı aydındır: “Onlar öz xətaları müqabilində heç bir üzrə malik deyillər.”

Hazırladı: Maide.az – Maarif bölməsi
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031