Cəhalətin qarşısında elmlə deyil, ağılla durmaq olur
Mьəllif: admin1
Tarix: 28-12-2018, 18:03
Cəhalətin qarşısında elmlə deyil, ağılla durmaq olur
Ürfdə o kəs ki, yazmaq və oxumaqdan məhrum olar, ona cahil insan deyərlər. Ona görə də bəzən savadsız olmağı cəhalət ilə səhv salırlar. Əslində isə oxumağı və yazmağı bilməyən insan cahil deyil, savadsız insandır. Cəhalətin elmlə deyil, ağılla işi vardır.

Qurani-Kərimin və hədislərin nəzərinə görə, cahil insan o kəsdir ki, düşüncə və əməl məqamında düz yerdə qərar tutmur. Ancaq aqil o insandır ki, həm düşüncə, həm də əməl məqamında düz yerdə qərar tutmuşdur. Hərəkət və əməlləri haqqa uyğundur.

Cəhalət – haqqa deyil, batilə söykənməkdir. İmam Əli (ə) bu haqda buyurur: “Cəhalət – hər bir pisliyin köküdür”.

Həzrət Əli (ə) başqa yerdə buyurur: “Cəhalət, hər işi zay edəndir”.

Ona görə də İmamın (ə) nəzərinə görə, cəhalət – ən ağrılı dərdlərdən biridir.

O kəs ki, dünyanın həqiqətlərini hiss və xəyal qüvvəsi ilə dərk edər – bu insan haqqı idrak etməkdən məhrum olar. Çünki xəyal qüvvəsi heç bir zaman haqqı dərk edə bilməz. Əksinə, insanı, onun özü də bilmədən, İblisin (lən) əsiri edər.

Necə ki, bütpərəstlər öz xəyal qüvvələrinin sayəsində bütə pərəstiş edirlər və onu haqq hesab edirlər.

Allah Təala Quranda buyurur: “Onların çoxu (əqidə və etiqadlarında) yalnız zənnə və gümana tabe olurlar, halbuki, şübhəsiz (zənn və) güman heç bir haqqın yerini tutmur. Həqiqətən Allah onların nə etdiklərini biləndir”. (“Yunus” 36).

Bu insanlar zənn və gümanlarına söykənərək onu haqq kimi qəbul edirlər. Nəticədə isə yollarını azır və cahillərdən olurlar.

Haqq budur ki, varlıq aləmi Allah tərəfindən xəlq olunmuş və onun hakimiyyəti altındadır. Deməli, o insanın Rəbbi və Malikidir. O, bütün məxluqların Məbududur.

“Bilin ki, göylərdə olan hər bir kəsin (və hər bir şeyin) və yerdə olan hər bir kəsin (və hər bir şeyin) həqiqi sahibi Allahdır. Allahdan başqa şərikləri (bütləri) çağıran kəslər nəyə tabe olurlar? Onlar zənn və gümandan başqa bir şeyə tabe olmurlar və onlar yalnız ehtimal edir və yalan söyləyirlər”.
(“Yunus” 66).

Beləliklə deyə bilərik ki, cəhalət savadsız olmaq deyil, bəlkə batilə söykənməkdir. Ona görə də cəhalətin elmlə deyil, ağılla işi vardır.

Əgər insan aqil olarsa, cəhalətdən uzaq olar. Ancaq alim olmaq o demək deyildir ki, həmin şəxs cahil deyildir.

Allah Təala bizləri cəhalətdən uzaq qərar versin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031