Kitab və yazı haqqında HƏDİSLƏR
Mьəllif: admin1
Tarix: 29-11-2020, 11:52
Kitab və yazı haqqında HƏDİSLƏR
Bismilləhir Rahmənir Rahim....

İmam Əli (ə): «Kitablar alimlərin bostanlarıdır.»

İmam Əli (ə): «Kitab necə də gözəl natiqdir.»

İmam Əli (ə): «Kitablarla özünü sakitləşdirən heç bir sakitliyi əldən verməz.»

İmam Əli (ə): «Elçin sənin tərcümanın, məktubun isə ən uca səslə danışan sözçündür.»

İmam Əli (ə): «İnsanın yazısı onun ağlının göstəricisi və fəzilətinin dəlilidir.»

İmam Əli (ə): «Alimlərin ağılları, onların qələmlərinin uclarındadır.»

Allahın Peyğəmbəri (s): «Elmi, yazmaqla bəndə salın.»

Allahın Peyğəmbəri (s): «Bilikləri, alimlər ölməmiş yazıya köçürün. Çünki alimlər öləndə (onların) bilikləri də gedir.»

İmam Sadiq (ə): «Yazın, çünki yazmayıınca əzbərləmirsiniz.»

İmam Sadiq (ə): «Ürək yazmaqla sakitləşər.»

Allahın Peyğəmbəri (s): «Mömin özündən bircə vərəq belə elm yazılmış yazı qoyub gedərsə, qiyamət günündə həmin vərəq onunla od arasında pərdəyə çevrilər. Allah-taala onda yazılmış hər hərfin müqabilində dünyadan yeddi dəfə böyük olan bir şəhər verər.»

Allahın Peyğəmbəri (s): «Kim mənim bir hədisimi və elmimi yazsa, həmin hədis və elm qalıncaya qədər onunçün əcr yazılar.»

Allahın Peyğəmbəri (s): «Bismillahir rəhmanir rəhim hər yazının başlanğıcıdır.»

İmam Sadiq (ə): «Bismillahir rəhmanir rəhimi ötürmə! Hətta bir şerdən (yazmaqdan) əvvəl olmuş olsa belə.»



(İslamazeri)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031