Təəssüb haqqında hədislər
Allahın Peyğəmbəri (s) buyurur: "Hər kimin qəlbində xardal dənəsi boyda olsa belə təəssüb olarsa, Allah qiyamət günündə onu cahiyyət dövrünün ərəbləri ilə birgə dirildər."
Allahın Peyğəmbəri (s) buyurur: "Təəssübkeşliyə çağıran kimsə bizdən deyil. Təəssüb yolunda döyüşən də bizdən deyil. Təəssüblə ölən kimsə bizdən deyil." İmam Əli (ə) (İblisi pisləyərkən): "Öz yaradılma səbəbinə (oddan olduğuna) görə Adəmə öyündü və əslinə, gövhərinə xatir, ona qarşı təəssübə qapandı. Bu, Allahın düşməni, təəssübkeşlərin rəhbəri, təkəbbürlülərin və özünü böyük görənlərin başçısıdır. O, həm təəssübün bünövrəsini qoydu və həm də qüdrət, böyüklük üstündə Allahla çəkişməyə qalxdı, əyninə izzət paltarı geyinib təvazökarlıq nigabını uzağa atdı." İmam Səccad (ə) (Təəssübkeşliyə aid suala cavabından): "Sahibi ona görə günaha batan təəssübkeşlik budur ki, insan öz qövmünün pisliklərini başqa qövmün yaxşılıqlarından üstün saysın. Kimsənin öz qövmünü və camaatını sevməsi, təəssübdən deyil. Təəssüb odur ki, zülmdə öz qövmünə kömək edəsən." İmam Əli (ə) buyurur: "Əgər təəssübkeşliyə məcbursunuzsa, onda haqqa kömək və məzluma yardımda öz təəssübünüzü göstərin." (islamazeri) Oxşar xəbərlər
|