Günahkarların üzrləri əsassızdır – İmam Əlinin (ə) xəbərdarlığı
Mьəllif: admin1
Tarix: 1-01-2019, 20:42
Günahkarların üzrləri əsassızdır – İmam Əlinin (ə) xəbərdarlığı
Əmirəl-möminin (ə) “Nəhcul-bəlağə”nin 223-cü xütbəsində “Ənfal” surəsinin 6-cı ayəsinə (“Səninlə o haqq iş (Bədr döyüşünə getmək) barəsində (onun məsləhətə uyğun olması və Allahın onda olan köməyi) aydın olduqdan sonra, mübahisə edirdilər (ki, bu cihad döyüşündə qüvvələr bərabər deyildir).

(Onlar elə qorxu və vəhşət içində idilər ki,) sanki gözləri baxa-baxa ölümə tərəf sürüklənirdilər!”) işarə etmiş və buyurmuşdur: “Günahkarların bürhanları – ən yanlış bürhanlardır. Üzrləri hər aldanmışın izahatından əsassız, sevincləri agahlıqlarının olmamasına görədir.

Ey insan! Hansı şey sənə günah üçün cürət vermişdir? Səni Allahın qarşısında məğrur etmişdir? Məgər sənin xəstəliyinin müalicəsi yoxdur?

Qəflətinin ayılması yoxdur? Niyə başqalarına o qədər rəhm edirsən, ancaq özünə rəhm etmirsən?

O qədər olub ki, insanları günəş altında görmüsən, onlara kölgə salmısan. Ya xəstəni görən kimi, ürəyin yandığı üçün ona göz yaşı tökmüsən. Bəs hansı şey səni öz xəstəliyinə qarşı laqeyd etmişdir? Öz halına ağlamaqdan səni saxlamışdır?

Halbuki, sənin üçün öz canından əzizi yoxdur. Necə gecə vaxtı bəlanın nazil olması qorxusu səni oyatmamışdır?

Qəlbinin süstlüyünü mətanətlə müalicə et və gözlərinin yuxuluğunu ayıqlıqla aradan qaldır. Allahın itaətini qəbul et və Allahı yada sal”.

Allah Təala bizləri itaətkarlardan qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031