"Ayətül-kürsü"də adı çəkilən Urvətil-vusqa kimdir?
Mьəllif: admin1
Tarix: 3-03-2023, 11:10
"Ayətül-kürsü"də adı çəkilən Urvətil-vusqa kimdir?
“Ayətül-kürsü” Qurani-Kərimin “Bəqərə” surəsinin 255-ci ayəsidir. Əllamə Təbatəbai onun təfsirində yazır: "”Ayətül-kürsü" İslam dininin əvvəllərindən məşhur idi.

Peyğəmbərin (s) zamanında və hətta Həzrətin (s) özü tərəfindən belə adlandırılırdı. Bu ehtiram hədəfsiz deyildir. Bəlkə bu ayədə gələn dəqiq və lətif maarifə görədir”.

"Ayətül-kürsü" həqiqətdə tövhid və Allahın Camal və Cəlal adlarının məcmuəsidir. Dinin bütün mərhələləri ağıl vasitəsilə isbat oluna bilər və məcburiyyətə ehtiyac yoxdur. Bu ayə buyurur ki, dini qəbul etməkdə məcburiyyət yoxdur.

Başqa Quran ayələrində olduğu kimi, bu ayənin də müxtəlif örnəkləri ola bilər. Belə ki, «Ayətül-kürsü» üçün ən böyük örnək - Əhli-beytdir (ə).

Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Sən Urvətil-vusqasan”. Həmçinin İmam Rzadan (ə) gələn hədisdə oxuyuruq: “Urvətil-vusqa, yəni İmam Əli (ə) və ondan sonrakı İmamların (ə) vilayətidir”.

Bu ayədə adı çəkilən tağut - Ali-Peyğəmbərin (ə) haqqını qəsb edənlərə işarə edir. O kəslər ki, Məsumlarla (ə) düşmənçilik etmiş və insanları zəlalətə salmışdılar.

Bunu nəzərə almaq lazımdır ki, Əhli-beyt (ə) vahid bir nurdur və bir İmam (ə) haqqında deyilənlər ondan sonrakı İmama (ə) da aid olar.

Ona görə də bizim zamanımızda Ürvətil-vusqa - İmam Zaman ağadır (ə.f). Çünki insanlar onun vasitəsilə Allaha və həqiqətə çatacaqlar.

İmamlara (ə) ona görə İlahi ip deyirlər ki, ipin bir ucu Allahda və o biri ucu isə İmamdadır. Allah möminlərə əmr edir ki, İmamlara (ə) təvəssül edərək bu kəndirdən yapışsınlar və Allaha tərəf hərəkət etsinlər.

Bu ayədə oxuyuruq ki, Allah nurunun vasitəsilə hər kimi istəsə hidayət edər. Bəs bu hidayət necə həyata keçəcəkdir? Cavabında deyə bilərik ki, hədislərimiz nuru Allahın xəlifəsinə və kamil insana şamil edir. Bu ayədə adı çəkilən nur – Ali-Peyğəmbərə (ə) aid edilir. Zülmət isə düşmənləridir.

İmam Sadiq (ə) buyurur: “Bu ayədə Allah buyurur ki, onları günahın zülmətindən tövbənin nuruna tərəf xaric edəcəyəm. Çünki onlar Allah tərəfindən olan adil İmamın vilayəti altındadırlar. O kəslər ki, nurdan zülmətə tərəf gedirlər, zalım rəhbərin vilayəti altında idilər ki, Allah tərəfindən deyildi. Zalım rəhbərlər İslam nurundan küfrə tərəf xaric oldular, ona görə də onlara yanar od vacib oldu”.

Bizim dövrümüzdə bu nur - İmam Zaman ağadır (ə.f). Bu nurun vasitəsilə möminlər hidayət olarlar. Bu nurun əksinə olan hər şey - zülmətdir.

Belə olarsa, mömin insanı hidayətdən atəşə tərəf çəkmiş olar. O kəslər ki, İmamın (ə) vilayətini qəbul ediblər, bütün işləri Allah rənginə boyanar. Yolları aydındır, gələcəkləri məlumdur.

Allah möminin əcrini zay etməz, onların dərdi tək olmaqlarıdır. Çünki İmam (ə.f) gözlərdən qaibdir və ondan başqa hər şey nəzərlərində kiçikdir. Onlar Allahın yolundan başqasını qəbul etmirlər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930