Ruzi necə bölünür?
Mьəllif: admin1
Tarix: 30-08-2022, 21:41
Ruzi necə bölünür?
Allah Təala varlıqları xəlq etdikdən sonra təkamül və hidayət yolunda qərar verdi.

İmam Əli (ə) buyurur: "Ruzi və rahatlıqları üçün lazım olan vasitələri aralarında böldü və hər kəsi dünyada (hikmətlə) (layiqli bildiyi) mərtəbədə qərar verdi”.

Allah hər bir canlının ehtiyacı olan və yaşaması üçün zəruri olan nemətləri ona ruzi olaraq əta edər. Onların hər birini Öz hikməti ilə müəyyən dərəcələrdə qərar verir.

Birini yoxsul, o birisini zəngin və ya mötədil qərar verir.

Allah Təala buyurur: "Məgər sənin Rəbbinin (peyğəmbərlik, hidayət və cəmiyyətin tərbiyəsi kimi) mərhəmətini onlar bölüşdürürlər (ki, istədiklərinə versinlər)?! Dünya həyatında onların məişət vasitələrini aralarında Biz bölüşdürmüşük və (maddi və mənəvi kamilliklər baxımından) onların bəzilərini bəzilərindən bir neçə dərəcə üstün etmişik ki, bəziləri digər bəzilərini xidmətə götürsünlər (və nəticədə bəşər cəmiyyətinin daha kamil və layiqli idarə sistemi formalaşsın). Sənin Rəbbinin mərhəməti (peyğəmbərlik, ümumi vilayət və din) onların topladıqlarından daha yaxşıdır”. ("Zuxruf” 32).

Əgər ruzinin verilməsi haqqında bir qədər düşünsək, görərik ki, Yer üzərində qida məhduddur. Buna baxmayaraq, qurtarmır və tamam olmur. Ərzaq dövrü elə tənzim olunmuşdur ki, əgər milyon il də ondan istifadə edilsə, dəyişməz.

Dənizin suyu buxarlanar, sonra yağış halına düşər. Ağaclar onlara lazım olan mineralları torpaqdan alarlar. Sonra bu ağac çiçəklənər və bar verər. Heyvanlar bu meyvədən yeyər və sonra özləri də ölüb, bu torpağı zənginləşdirərlər. İnsan oksigenlə tənəffüs edər. Karbon qazını havaya buraxar.

Ağaclar isə əksinə - karbonu udub, oksigeni buraxarlar. Bu dövr həmişə belə olmuş və olacaqdır da. Ona görə də Allahın daimi süfrəsi həmişə açılmış haldadır və məxluqlar da bu süfrədən bəhrələnirlər.

İmam Sadiq (ə) buyurur: "Ey Mufəzzəl! İnsan üçün qərar verilmiş işlərdə düzgün düşün: yemək yemək, yatmaq kimi. Allah onların hər biri üçün insanın təbiətində mühərrik və stimul qərar vermişdir ki, ona tərəf təhrik olar.

Aclıq insanı yeməyə tərəfə göndərər ki, bədənin həyatı və gücü ondadır. Yorğunluq yatmağı tələb edər ki, bədənin rahatlıq və gücünün təzələnməsi ondadır. Şəhvət isə insan nəslinin davamıdır”.

Əgər insanda bu təhriklər olmasaydı, çox yaşaya bilməzdi və süst düşüb həlak olardı. Ancaq Allah hər bir ehtiyaca görə təhrik qərar vermişdir ki, onun yardımı ilə həmin ehtiyac aradan qalxar.

"Bu yer üzündə (heyvan, cin və insan olmasından asılı olmayaraq) hərəkət edən hər bir canlının ruzisi Allahın öhdəsinədir”. ("Hud” 6).

"Allahın istədiyi hər bir kəsin (varlıq aləminin tam nizamının tələbatına uyğun olaraq) ruzisini bol etdiyini, yaxud azaltdığını görmürlərmi?! Şübhəsiz, bunda (bu işdə) mömin bir qövm üçün (Allahın qüdrəti, tədbiri və hikmətinə dair) nişanələr (ibrətlər) vardır”. ("Rum” 37).

Bu ayələr ruzinin bölünməsinə və Allahın istəyi ilə olmasına işarə edir.

İmam Əli (ə) buyurur: "Allah ruzini təqdir etdi, az və çox etdi. Məişətlərinin genişliyinə və darlığına görə böldü”.

Belə bir sual yarana bilər ki, bəs ruzi bölünərsə, bizim səy və zəhmətimiz nəyə görədir? Ruzinin bölünməsində məqsəd - onun zəminlərinin hazırlanmasıdır.

Yəni bu zəminələr həm xaricdə və həm də batindən insan üçün hazır olar ki, nə zaman zəhmət çəksə və çalışsa, öz payını alacaqdır. B,u ona bənzəyir ki, fəhlələrin maaşı onun müdiri tərəfindən təyin edilmişdir. Ancaq onların evinə getməz. Gərək onlar fabrikə gedib, maaşlarını alsınlar.

Allah bəzən insanların yadına Həqiqi Rəzzaqı salmaq üçün elə insanlara ruzi verər ki, heç zəhmət çəkməyiblər. Və ya elə insanların ruzisini azaldar ki, çox çalışıblar.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Bilin ki, ruzi iki cürdür: o ruzi ki, siz onu ardınca gedirsiniz və o ruzi ki, sizin dalınızca gələr. Ona görə də ruzini halal yolla əldə edin, əgər onu düzgün yoldan istəsəniz, onu halal şəkildə yeyərsiniz. Əgər düzgün olmayan yoldan istəsəniz, haram şəkildə yeyərsiniz”.

Əgər insan ruzinin bölünməsinə əminlik əldə etsə, heç bir zaman həris olmaz. Möminlər özlərini haram işlərə bulaşdırmaz. Yoxsullar da məhrum olduqları üçün məyus olmazlar.

İmam Əli (ə) buyurur: "Qarışqaya nəzər salın ki, bədəninin kiçikliyi və əndamının nazikliyi ilə hətta gözün ucu ilə görünmür, diqqətlə nəzər salan zaman görə bilərik, necə də öz yolunu gedir.

Ruzisini əldə etmək üçün tələsir. Dənələri yuvasına ötürür. Onu anbarında hazırlayır. Yayda qış üçün və (isti günlər) gələn zaman isə dənələri qaytarmaq üçün torplayar.

Allah ruzisinə zamin olmuşdur və halına uyğun ruzi yolunu açmışdır. Allah ondan qafil deyildir. Allah onu məhrum etməz, hətta əgər quru daşda və möhkəm daşda olsa belə”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930