Daşı qızıla çevirən kim idi?
Mьəllif: admin1
Tarix: 6-01-2019, 19:45
Daşı qızıla çevirən kim idi?
Əzdi nəql edir ki, Kəbə evinin təvafı ilə məşğul idim. Artıq 6 dəfə təvaf etmişdim.

Elə ki, yeddinci təvafa başladım, gördüm ki, Kəbənin sağ tərəfində bir dəstə insan bir cavanın ətrafına toplaşmışdır. O, xüsusi zəhmə və nüfuza malik idi və hacılara nəyisə danışırdı. Əzdi də o hacılara qoşulur və bu cavanın söhbətlərinə qulaq asır.

Əzdi deyir ki, ondan gözəl danışanını indiyə qədər görməmişdim. Sözlərindən gözəl sözləri eşitməmişdim. Soruşdum ki, bu, kimdir?

Dedilər: “Allah Rəsulunun (s) övladıdır ki, ildə bir dəfə dostları üçün zahir olur”.

Əzdi deyir ki, həmin cavana dedim: “Məni hidayət edin”.

Cavan yerdən bir çınqıl götürdü və mənim əlimə qoydu və mən də əlimi bağladım.

Bir nəfər məndən soruşdu ki, o, sənə nə verdi? Dedim: “Çınqıl”. Ancaq əlimi açan zaman gördüm ki, qızıldır.

Həzrət (ə) mənə buyurdu: “Hüccət sənə tamam oldu və haqq sənin üçün aşkar oldu. Məni tanıyırsan?”.

Əzdi deyir: “Xeyr”.

Buyurur: “Mən – zəmanənin Məhdisiyəm (ə.f) ki, yer üzərini ədalətlə dolduracağam. Yer heç bir zaman hüccətdən boş qalmayacaqdır. İnsanlar heç bir zaman rəhbərsiz deyildirlər. Bu, sənin yanında olan əmanətdir ki, haqq axtaran qardaşlarından başqa heç kəsə demə".



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031