Əhli-Beytdən (ə) olmayan Kərbəla əsirləri
Aşura hadisəsindən sonra ancaq Əhli-Beytin (ə) ailəsi və bəzi yoldaşları sağ qaldılar ki, qadınlardan, nökərlərdən və uşaqlardan ibarət idilər. Ömər ibni Səd (lən), İmam Hüseynin (ə) şəhadətindən sonra onun əzizlərini və o cümlədən, oğlu İmam Səccadı (ə) əsir edib, özü ilə Kufəyə apardı.
Kərbəla vaqiəsindən sonra Əhli-Beyt (ə) əsirləri ilə yanaşı, başqa əsirlər də var idi ki, onlar da öz yaxınlarını şəhid vermişdilər. Şəhərlərinə daxil olan zaman, Kufə qəbilə başçılarının vasitəsilə azad olunmuşdular. Ancaq Haşimi əsirləri elə bu halda qalaraq, Şama aparılmışdılar. Əsirlərin bəzisi isə düşmən tərəfindən qətl edilmişdi. Əhli-Beytdən (ə) olmayan əsirlər ilə tanış olaq: 1. Uqbə ibni Səman. İmam Hüseynin (ə) xanımının nökəri olan Uqbə, İbni Səd (lən) tərəfindən əsir olur və sonra azad edilir. 2. Nafə ibni Həlal. O, Quran qarisi, hədis yazan və Əmirəl-möminin (ə) dostlarından olmuşdur. O, Müslimin şəhadətindən sonra İmam Hüseynə (ə) qoşulmuşdu. Aşura günü düşmənin 12 nəfərini cəhənnəmə göndərmişdi. Yaralandığı üçün döyüşü davam etdirə bilmir. Şimr (lən) də onu əsir götürür. Nafə əsirlikdən sonra Şimr (lən) tərəfindən qətl edilir. 3. Muvəqqə ibni Suməmə. O, Aşura hadisəsi zamanı ağır zərbə alır və yerə yıxılır. Qəbiləsi onu xilas edir. Onu Kufəyə gətirib gizlədirlər. İbni Ziyad (lən) bu hadisədən xəbər tutan zaman, onu öldürmək üçün adam göndərir. Ancaq Bəni-Əsədin bu işə qarışması ilə fikrindən daşınır. Onu zəncirə vurub, Zarəyə sürgün edirlər. 4. Sərar ibni Munəm. O, Aşura hadisəsi zamanı yaralanır və əsir düşür. Ömər ibni Səd (lən) onu öldürmək istəyir. Ancaq qəbiləsi buna mane olur. O, Aşura hadisəsindən 6 ay sonra dünyasını dəyişir. 5. Vəhəb ibni Vəhəb. O, xristian bir şəxs idi ki, anası ilə birlikdə İmam Hüseynin (ə) yanına gəlir və müsəlman olur. O, Aşura günü xeymənin sütununu çıxardıb, onunla düşmənə hücum edir və düşmənin bir neçə nəfərini cəhənnəmə vasil edir. Sonra isə əsir düşür. Onun başını kəsib, İmamın (ə) yoldaşlarına tərəf atırlar. 6. Ümmi Əmr. Ümmi Əmr öz həyat yoldaşı ilə birlikdə Kərbəla karvanına qoşulmuşdu. Əri və oğlu bu hadisə zamanı şəhid olur və o da, başqa qadınlar kimi əsir düşür. 7. Fizzə. O, xanım Zəhranın (s.ə) kənizi idi. O da başqa qadınlar kimi əsir düşür. 8. Ümmi Vəhəb. Kərbəlada bu ləqəbi daşıyan iki qadın olmuşdur. Onlardan biri Aşura günü şəhid olmuş və o birisi isə Şeyx Səduqun nəql etdiyinə görə, xristian qadın idi ki, oğlu ilə birlikdə İmam Hüseynin (ə) vasitəsi ilə müsəlman olmuşdular. O, da əsir düşmüşdür. Tarixin nəql etdiyinə görə, Əhli-Beytlə (ə) birlikdə çox sayda insan əsir düşmüşdür. O zaman ki, Həzrət Zeynəb (s.ə) İbni Ziyadın (lən) məclisinə daxil olur, əmr edir ki, kənizləri onu əhatəyə alsınlar. Ancaq bu kənizlərin adı tarixə məlum deyildir. /Deyerler.org/ Oxşar xəbərlər
|