Cəmadiul-əvvəl ayı daxil oldu – Ayın mənası və mühüm hadisələri
Cəmadiul-əvvəl hicri-qəməri tarixinin beşinci ayıdır. Cəmadiul-əvvəl və Cəmadius-sani ayının belə adlanması bu ayda kəskin soyuqların keçməsi, bəzi yerlərdə şaxtanın əmələ gəlməsi və buz bağlaması ilə bağlıdır.
İslam tarixində bu ayda baş verən mühüm hadisələrdən biri də, islam dünyasının tarixində baş vermiş ilk daxili muharibə yəni Cəməl döyüşünə işarə etmək olar. Bu acı hadisə Peyğəmbərin (s) göstərişlərindən çıxan, möminlərin əmiri həzrət Əliyə qarşı üsyan edən nəfslərinə tabe olmayan bir qrup insanın əməli nəticəsində baş verdi. İmam Əli Hicrətin 36-cı ilində Cəmadiul-əvvəlin 10-da baş verən bu hadisənin qarşısını almaq üçün qarşı tərəfə çoxlu sayda qasid göndərdi və onları olduqları yerə qayətmağa tövsiyə etdi. Amma “Əli ilə bizim aramızda yalnız qılınc hakimlik edəcək” deyənlər beləcə islam ümmətində ilk daxili muharibəni başlayan oldular. Cəmadiul-əvvəlin -5-i isə Kərbəla qiyamının carçısı və o məktəbi davam etdirən həzrət Zeynəbin (s) mövlud günüdür. Hüznlü Fatimiyyə günləri də bu aya təsadüf edir. Həzrət Fatimeyi-Zəhranın (s) şəhadət günləri ərəfəsi Cəmadiul-əvvəl-in 13-23 -ə təsadüf edir. Həmçinin bunlarla yanaşı İslam tarixində bir çox hadisələr baş verib. (İslaminSesi) Oxşar xəbərlər
|