Səudiyyə qüvvələri şiələrin yaşadığı Qətif şəhərinə basqın etdi
Mьəllif: admin1
Tarix: 8-01-2019, 12:03
Səudiyyə qüvvələri şiələrin yaşadığı Qətif şəhərinə basqın etdi
Səudiyyə Ərəbistanı qüvvələri şiələrin sıx məskunlaşdığı Qətif şəhərinə basqın edib. Səudiyyə rejimi əsgərlərinin keçirdiyi əməliyyat zamanı 5 nəfər öldürülüb, çox sayda insan yaralanıb.

Qətifin Ummu əl-Həmam kəndinə basqın edən Səudiyyə qüvvələri ilə bölgə sakinləri arasında qarşıdurma olub. Qarşıdurma nəticəsində ölən və yaralananlar olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının şərqində yerləşən Qətif şəhəri 2011-ci ildən etibarən siyasi məhbusların azadlığı üçün aksiyalar keçirir və rejimin yürütdüyü siyasətə etiraz edirlər.

2016-cı ilin yanvarından etibarən Ali Səud rejimi məşhur şiə din xadimi Şeyx Nimri edam etdikdən sonra bölgədə vəziyyət daha da pisləşib. Bölgədə yaşayan müsəlman tez-tez Səudiyyə əsgərlərinin basqınlarına məruz qalırlar.
Mənbə:/www.eastnews.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031