Hansı əməllər Qiyamət günü insanın üzünü ağ edər?
Mьəllif: admin1
Tarix: 1-10-2022, 12:56
Hansı əməllər Qiyamət günü insanın üzünü ağ edər?
Qurani-Kərimdə buyurulur: “Allah iman gətirənlərin dostu və başçısıdır. Onları (nadanlıq, küfr və itaətsizliklik)qaranlıqlar(ın)dan (elm, iman və təqva) nur(un)a tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları(hidayət) nur(un)dan (azğınlıq) zülmətlər(in)ə tərəf çıxarırlar. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar”. (“Bəqərə” 257).

Yəni, əgər insan dünyada vilayəti tanıyıb, onu qəbul edib və əməl edibdirsə, Allah onu nura tərəf aparar. Yox əgər, vilayətə qarşı çıxanlardan olubdursa – bu şəxs zülmətə tərəf gedər.

Quranın başqa ayəsində buyurulur: “Bəzi üzlərin ağ və bəzi üzlərin qara olacağı gündə! Üzləri qara olanlara gəldikdə(onlara deyiləcək): «İman gətirdikdən sonra kafir oldunuz?! Elə isə küfr etdiyiniz şeyin müqabilində dadın bu əzabı!».

Üzləri ağ olanlara gəldikdə isə, (onlar) Allahın rəhmətindədirlər və orada əbədi qalacaqlar”. (“Ali-İmran” 106-107).

Bu ayələr imanın bizə verdiyi nemətlərə, küfrün isə bizə gətirəcək bəlalardan bəhs etmişdir. O kəslər ki, iman gətirdikdən sonra küfrə üz tutarlar, onlara Qiyamət günü deyilər ki, niyə nurdan sonra üzünü zülmətə tərəf çevirdin? Niyə İslamdan sonra cahiliyyə düçar oldun?

Ancaq möminlər ki, nurla əhatə olacaqlar – Allahın İlahi rəhmətində əbədi qalacaqlar.

İnsanın imanı, saleh əməlləri və vilayətə olan sadiqliyi – Qiyamət günü üzünün ağ olmasına səbəb olan əməllərdəndir.

Dünyada ömür sürən və vaxtı sona çatmayan hər bir insan gərək rahat olmasın ki, onun imanı vardır və mürtəd olmayacaqdır. Bunu bilmək çox çətindir. Çünki fürsəti olan hər bir insan imanını qorumalı və küfrdən çəkinməyə çalışmalıdır.

Quran 16 dəfə imandan sonra küfrə düçar olmağa, 2 dəfə İslamdan sonra küfrə düçar olmağa, 3 dəfə Allahpərəstlikdən sonra buzovpərəstliyə düçar olmağa, 27 dəfə elmdən sonra inkarçılıq etməyə işarə etmişdir.

Bu yolla insanlara xəbərdarlıq etmişdir ki, indiki həyatınızda imana malik olmağınıza görə rahat olmayın. Çünki imandan sonra küfrə düçar olanların sayı az olmamışdır.

Ona görə də Qiyamət günü üzümüzü ağ edəcək əməllərimizi qorumağa çalışaq və ömrümüzün sonuna qədər onları yerinə yetirməyə çalışaq.

Ancaq bu halda öləriksə, Qiyamət günü üzü ağ olanlardan ola bilərik.

Əks halda bizi üzü qaralıq gözləyir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031