Qiyamət günü Allah insanın günahlarını mələklərə aşkar edəcəkmi?
Mьəllif: admin1
Tarix: 31-01-2023, 20:51
Qiyamət günü Allah insanın günahlarını mələklərə aşkar edəcəkmi?
Allah Təala elə müqəddəs varlıqdır ki, insanların günah və eyiblərini gizlədər və onların aşkar olmasına imkan verməz. Çünki bunun ağır nəticələrini nəzərə alır. İstəmir ki, bəndəsi eyiblərinin aşkar olmasına görə xar və zəlil olsun. Bu da Allahın sonsuz rəhmət bulağından sirab olmaqdır ki, bütün insanlara şamil edilir.

İmam Səccad (ə) dualarının birində buyurur: “Allahım, Öz pərdələrin ilə günahlarımın üstünü örtmüsən, sanki məni öz halıma buraxmısan və günahımın cəzasından məni kənarlaşdırmısan”.

Allah bəndəsi Qiyamət günü məhşərə daxil olar və ağlamağa başlayar.

Ona deyərlər: “Niyə ağlayırsan?”.

Deyər: “Günahlarımın mələklərin yanında aşkar olmasından qorxuram”.

Xitab gələr: “O zaman ki, sən günah edirdin və gülürdün – səni rüsvay etmədik. İndi ki, günah etmirsən və ağlayırsan – niyə belə edək ki?”.

Həzrət Peyğəmbər (s) Qiyamət günü Allaha buyuracaqdır: “Allahım! Ümmətimin hesabını elə çək ki, mələklərdən, başqa ümmət və peyğəmbərlərdən (ə) heç biri, Səndən və məndən başqa (ondan) xəbərdar olmasın”.

Allah Təala buyurar: “Mən bəndələrimə qarşı səndən də daha mehribanam. Sən istəmirsən ki, eyibləri heç kəsə aşkar olsun. Mən isə rəva bilmirəm ki, eyibləri sənə də zahir olsun”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031