Günün hədisi: İkiüzlü insanın əlamətləri
İmam Sadiq (ə):
قَالَ لُقْمَانُ لِإِبْنِهِ: لِلْمُنَافِقُ ثَلَاثُ عَلَامَاتٍ؛ يُخَالِفُ لِسَانُهُ قَلْبَهُ وَ قَلْبُهُ فِعْلَهُ وَ عَلَانِيَّتُهُ سَرِيرَتَهُ “Loğman öz oğluna dedi: “İkiüzlü insanın üç əlaməti var: dili ilə qəlbi, qəlbi ilə əməli, zahiri ilə batini uyğun gəlməz””. (“Biharul-ənvar”, c.13, səh.415). Qısa izah Münafiq və ikiüzlülük insanın şəxsiyyət zəifliyi və iradə çatışmazlığından qaynaqlanan şiddətli xəstəliklərdən sayılır. Dil ilə qəlb, zahirlə batin, danışığı ilə rəftarı uyğun gəlməyərək fərqlənən kəslər özlərinin həqiqi sima və şəxsiyyətini tanıtmağa və bu rəzil xislətin islah edilməsi ilə bağlı qərar qəbul etməyə qadir olmayan zəif insanlardır. Onlar müxtəlif cildlərə düşərək, əksər halda hamıya, hətta özlərinə belə xəyanət edirlər. Belə şəxslərdən daha təhlükəli olanlar isə zahirdə yaraşıqlı, batində çirkin, dillərini isə şirinliklə işə salanlardır. Bəli, onların qəlblərindəki dillərindəki ilə ziddiyyət təşkil edir. Maide.az Oxşar xəbərlər
|