Alimi əziz tutan Allahı və Peyğəmbəri (s) əziz tutmuşdur
Həzrət Peyğəmbər (s) buyurur: "Alimləri əziz tutun ki, onlar peyğəmbərlərin varisləridir. Hər kim onları əziz tutarsa, həqiqətən Allah və Rəsulunu əziz tutmuşdur”.
İmam Səccad (ə) buyurur: "Sənin elmi rəhbərinə görə boynundakı haqq odur ki, onu böyük tutub, hörmət edəsən. Ona yardım edəsən ki, sənə lazım olan elmi sənə öyrətsin. Belə ki, zehnini onun üçün boşaldasan və bütün idrak qüvvəsi ilə ona diqqət edəsən. Ürəyini istəklərdən pak edəsən. Gözünü ləzzət və şəhvətdən tərk olmuş halda ona dikəsən. Bil ki, elmi ondan elə öyrənməlisən ki, onun nümayəndəsi kimi bu elmi cahillərə öyrədə biləsən”. Həzrət Peyğəmbər (s) buyurur: "Alimlərin qarşısında təvazökar olun. Onları yüksək tutun, necə ki, mələklər alimləri yüksək tutarlar. Qanadlarını aşağı salar və onun üçün bağışlanma istəyərlər”. Həzrət Peyğəmbər (s) buyurur: "Üç nəfəri heç kəs yüngül hesab etməz və təhqir etməz. O münafiqdən başqa ki, nifaqı hamıya aşkardır: 1. O kəs ki, saçını İslam yolunda ağartmışdır. 2. Xeyirli müəllim. 3. Adil rəhbər”. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim alimlərlə yoldaş olar, mənimlə yoldaş olar. Hər kim mənimlə yoldaş olar, sanki Allahla yoldaş və yaxın olmuşdur”. /Deyerler.org/ Oxşar xəbərlər
|