Maddi nemətlərdən düzgün istifadə etməyin 2 meyarı
Mьəllif: admin1
Tarix: 9-01-2019, 19:16
Maddi nemətlərdən düzgün istifadə etməyin 2 meyarı
İnsanların bəziləri onların zövqlərinə uyğun olan şeyləri yaxşı hesab edir və uyğun olmayanları pis hesab edirlər. Halbuki, zövqə uyğun olmaqla yanaşı, həmin nemətin halal olması da mühüm amillərdəndir.

İmam Əli (ə) buyurur: “Haram, pis təamdır”.

İmamın (ə) nəzərinə görə, ən yaxşı yemək – o yeməkdir ki, halal olsun. Baxmayaraq ki, ləzzətli olmasa belə. Haram yemək hər nə qədər ləzzətli olsa da, pis təam hesab olunur.

Dünya nemətlərindən bəhrələnməyin başqa meyarı miqdardır. Yəni, insanın bu nemətdən istifadə etməkdəki məqsədi ehtiyacını aradan aparmaq olmalıdır. Nə çox və nə də az.

İmam Əli (ə) buyurur: “Ey Adəm övladı! O şeyi ki, ehtiyacından çox əldə etmisən, başqalarının xəzinədarı olursan və sənin üçün (o malın) faydası olmaz. Malların bir çoxu onların adınadır, lakin ondan ən kiçik bəhrə almırlar”.

Beləliklə deyə bilərik ki, dünya nemətlərindən bəhrələnməyin ən mühüm meyarları onun halal olması və ondan istifadənin etidal həddə olmasıdır.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031