İslam dini təəssübkeşliyi qadağan edir
Təəssübkeşlik əxlaqi mövzulardan biridir ki, “əsəb” kökündən götürülmüş və mənası əzələləri bir-biri ilə bağlayan damarlara deyirlər. Ona görə də hər cür rabitəni təəssüb adlandırırlar.
Təəssüb batini nəfsani əxlaqdan biridir ki, onun təsirindən insan özünü, yaxınlarını, məskənini müdafiə edər. Lakin bu sifət rəzil sifət olduğu üçün bir çox əxlaqi fəsada şərait yaradar. Təəssübkeşlik Quranda da məzəmmət olunmuşdur. “Yəhudilər dedilər: «Xristianlar haqq dində deyildirlər». Və xristianlar dedilər: «Yəhudilər doğru dində deyildirlər». Halbuki, onların hamısı (səma) kitab(ı) oxuyurlar”. (“Bəqərə” 113). Bu ayə təəssübkeşliyin kökünü cahiliyyət və nadanlıqda görür. Bu insanlar ancaq öz mühitlərini haqq olaraq görür və qeyrisini qəbul etmirlər. Uşaqlıqdan tanış olduqları dini haqqı bilir və xürafat olsa belə, ona ürək bağlayırlar. Hədislərdə də təəssüb məzəmmət olunmuş bir sifət kimi tanıdılmışdır. İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “O kəsin ki, qəlbində bir zərrə qədər təəssüb olarsa, Allah Qiyamət günü onu cahil ərəblərlə məbus edər”. İmam Əli (ə) dəfələrlə insanları təəssübkeşlikdən uzaq olmağa dəvət etmiş və buyurmuşdur: “İblis atəşdən olan kökünə görə Adəmə təəssüb etmişdir. Onu xilqətinə görə danlamış və demişdir: “Mən atəşdənəm və sən torpaqdansan””. Dinimizin nəzərinə görə hər cür yersiz təəəssübün kökü şeytana qayıdır. Həzrət Əli (ə) buyurardı: “Qəlblərinizdə gizli olan təəssüb atəşini və cahiliyyət kökünü söndürün. Çünki müsəlmanda olan bu təkəbbür və xudbinlik - şeytanın fəsadı və vəsvəsəsidir”. İmam Sadiq (ə) buyurur: “O kəsdə ki, təəssüb olar, iman kökünü boynundan açmış olar. Yəni iman dairəsindən xaric olar”. İmam Səccad (ə) buyurur: “O təəssübkeşlik ki, sahibi ona görə günahkar olar, odur ki, insanlar ona görə qəbiləsinin pis insanlarını yaxşı insanlarından üstün bilərlər. Təkcə qohumları çox istəmək təəssübkeşlik demək deyildir. Bəlkə qohumlarına başqalarına zülm etmək üçün kömək etmək təəssübkeşlikdir”. Ona görə də İslam dini təəssübkeşliyi - istər düşüncədə olsun, istərsə də rəftarda - qadağan etmişdir. /Deyerler.org/ Oxşar xəbərlər
|