Övladın tərbiyəsi bu 4 yolda olmalıdır
Mьəllif: admin1
Tarix: 10-01-2019, 22:10
Övladın tərbiyəsi bu 4 yolda olmalıdır
Ailə - kiçik bir cəmiyyətdir ki, körpə orada böyüyər və tərbiyə alar. Hər nəyi görərsə, təqlid edər və təkrar edər.

Ya həmin qalada süqut edər, ya da ucalar. Çünki insan şəxsiyyətinin xəmiri ilk olaraq ailədə yoğrular və ora nə qatılarsa, ömrü boyu onu izləyər və ona təsir qoyar.

Ona görə də valideynlər əgər sağlam və dindar övlad böyütmək istəyirlərsə, gərək dinimizin tərbiyə üçün buyurduğu dörd yolu özləri üçün sərlövhə qərar versinlər. Bu yollar ilə tanış olaq:

1. Tanıma. Əgər övladınızın dindar və sağlam ruhiyyəli böyüməsini istəyirsinizsə, onu, uyğun dərk səviyyəsində Allah və din ilə tanış etməlisiniz. Yəni, dinin toxumları ona, ilk dil açdığı və ətrafını dərk etməyə çalışmaq istədiyi mərhələdə səpilməlidir. Uşaq gərək din sahəsində zənn və gümanlara söykənməsin.

Çünki Quran buyurur: “(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)”. (“İsra” 36).

2. İman. İmanın yeri qəlbdir. Əgər valideyn övladının qəlbinə imanı sala bilərsə, bu iman heç bir zaman oranı tərk etməz. O kəs ki, qəlbən Allaha iman bəsləməz, o, müsəlman hesab olunmaz. İman qəlbdə olmalıdır.

Bunun üçün valideyn övladları üçün örnək və nümunə olmalıdır ki, övladları ona təqlid edərək, imana malik olsunlar.

3. Əməl. Övlada dini başa salmaq, onun gələcək həyatının sağlam olması üçün kifayət deyildir. Uşaq gərək bu bildiklərini əməldə nümayiş etdirə bilsin. Yəni, o şeyə ki, inanır və imanı vardır – onu əməldə göstərsin. Əgər imanı varsa, onu mütləq saleh əməldə büruzə vermək lazımdır. “Həqiqətən, iman gətirmiş və yaxşı işlər görmüş kəslərin ilk qəbul yerləri Firdovs bağlarıdır”. (“Kəhf” 107).

4. Rəfiq olmaq. Valideyn övladına həm sevgisini daddırmalıdır, həm də onun yaxın rəfiqi olmalıdır. Ona həyatın eniş və yoxuşlarını sevgi dili ilə başa salmalı və cəmiyyətdəki həyatına hazırlamalıdır. Övlad bilməlidir ki, hər şey nağıllarda deyildiyi kimi deyildir. Əslində həqiqi dünya çox sərtdir və əgər hədəfini müəyyən etməsə və Allaha söykənməsə, gələcəkdə çox sayda çətinliklər onu gözləyəcəkdir.

Bu yolda onun yol göstərəni valideynləridir. Ona görə də valideynlərini sevməli və onların nəsihətlərinə qulaq asmağı bacarmalıdır. Valideyn gərək ondan əvvəl başqalarının övladı üçün rəfiq və dost olmasına imkan verməsin.

Əgər övladı Allahı tanısa, qəlbində imanı olsa və onu əməldə büruzə versə, valideynin nəsihətlərinə qulaq assa – deməli tərbiyə düzgün yolda gedir. Əks halda öz tərbiyə üslubunuz barəsində düşünməlisiniz.

Çünki övlad tərbiyəsinə görə məsulsunuz və buna görə cavab verəcəksiniz.

Allah Təbarəkə və Təala bu nəcib işdə hər bir valideyni müvəffəq etsin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031