Siffeyn döyüşündə Fəratın yolunu bağlamış düşməni kim əzdi?
Şücaət və igidlik – Məsum İmamlarımızın (ə) bariz sifətlərindən olmuşdur. Allah Təala, Onun yolunda cihad edənləri bu cür mədh etmişdir: “Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar. Bu (iman, məhəbbət və şücaət)Allahın lütfüdür ki, onu istədiyinə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir”. (“Maidə” 54).
Bu cür möminlər güclü iradə və iman ilə İslamın düşmənlərinə hücum edir və onların qəlblərinə dəhşət salırlar. Seyyidi-şühəda (ə) bu cür igidlərdən biridir ki, tarixə adını mübarək qanı ilə yazmışdır. İslamı əhkamı dirçəltmək üçün onun düşmənləri ilə şücaət və igidliklə vuruşmuş və bu yolda əlində olan hər şeyini qurban vermişdir. Çünki özü də şücaətli bir ətəkdə böyümüş və tərbiyə almışdı. İmam Əlini (ə) “Ərəbin şiri” adlandırırdılar. Çünki döyüş meydanında onun qarşısında heç bir pəhləvan dayana bilmirdi. Allah ona elə güc və igidlik vermişdi ki, bu şücaət heç kəsdə olmamış və olmayacaqdır da. Onun oğlu olan İmam Hüseynin (ə) şücaəti də həm dostlarının, həm də düşmənlərinin dilindən düşmürdü. Həzrətin (ə) Siffeyndə, Cəməl və Nəhrivanda göstərdiyi igidliklər dillər əzbəri idi. Abdullah ibni Qeys, İmam Əli (ə) haqqında deyir: “Siffeyn döyüşündə İmam Əlinin (ə) ordusunda idim. Əbu Əyyub Sələmi, Müaviyyənin (lən) ordu rəhbərlərindən idi ki, Fərat çayının qarşısını bağlayır. Ordudakılar susuzluqdan İmama (ə) şikayət edirlər. İmam (ə) da su gətirmək üçün bir neçə dəstə göndərir, ancaq onlar ümidsiz qayıdırlar. Bu zaman atasını nigaran görən İmam Hüseyn (ə) buyurdu: “Atacan! Mən su yolunu açmaq üçün gedimmi?”. İmam Əli (ə) buyurdu: “Bəli, oğlum get!”. İmam Hüseyn (ə) bir dəstə götürüb, su yolunu açmaq üçün düşmənə hücum çəkdi. Düşmən əsgərlərini Fəratın kənarından qovdu və orada xeymə qurdu. Bir neçə adamı oranı qorumaq üçün vəzifələndirdi. Sonra atasının yanına gəldi və qələbəsini ona müldə verdi. İmam (ə) bu xəbərdən ağladı. İmama (ə) deyirlər: “Ey Əli! Niyə ağlayırsan? Bu, döyüşdə əldə etdiyimiz ilk qələbədir!”. İmam (ə) buyurdu: “Bəli, doğrudur. Ancaq mən Aşura gününü yada saldım ki, Hüseynim (ə) dodağı susuz halda şəhid olacaqdır. Zülmün çoxluğundan atı kükrəyər və deyəcəkdir: “Ey vay olsun bu ümmətə ki, Peyğəmbərin (s) qızının övladını öldürdülər!””. /Deyerler.org/ Oxşar xəbərlər
|