Ali-İmran surəsində adı çəkilən İmran kimdir?
Mьəllif: admin1
Tarix: 11-01-2023, 19:44
Ali-İmran surəsində adı çəkilən İmran kimdir?
Quranda buyurulur: “Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş (üstün) etdi. Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir!” (Ali-İmran, 33-34).

Bu ayələrdə adı çəkilən İmranın kim olması barədə əsasən iki nəzəriyyə mövcuddur. Bəzi alimlərin fikrincə, İmran Həzrət Yəqub Peyğəmbərin (ə) nəvəsinin nəvəsidir, Həzrət Musa və Harun Peyğəmbərlərin (ə) atasıdır (İmran ibn Yəshər ibn Qahis ibn Laviy ibn Yəqub).

Dini mətnlərdə, eləcə də, klassik ədəbiyyatda Həzrət Musa Peyğəmbər (ə) “Musa ibn İmran” adlandırılır. Həmçinin, yuxarıdakı ayədə ülul-əzm peyğəmbərlər Adəm, Nuh və İbrahimdən (ə) sonra sıra ilə Həzrət Musa Peyğəmbər (ə) gəlməlidir deyə, bu fikri müdafiə edənlər çoxdur.

Digər tərəfdən, bundan sonrakı ayədə “İmranın zövcəsi” ifadəsi işlədilir ki, bu da Həzrət Məryəmin anasına işarədir.

Ona görə bəzi alimlərin fikrincə, ayədəki İmran – Həzrət Süleyman Peyğəmbərin (ə) nəslindəndir və bakirə Məryəmin atasıdır (İmran ibn Həşm ibn Əmun).

Qurani-kərimin 3-cü surəsi “Ali-İmran” adlanır ki, bu da İmranın nəsli, İmranın ailəsi mənasını verir. Beləliklə, birinci nəzəriyyəyə görə Ali-İmran Həzrət Musa və Harundan (ə), onların nəslindən, ikinci nəzəriyyəyə görə Həzrət Məryəmdən və onun oğlu Həzrət İsa Peyğəmbərdən (ə) ibarətdir.
(islam.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031