Həzrət Əli (ə) ah çəkən Cabir (r) üçün dünya ləzzətlərini belə vəsf etdi
Həzrət ona buyurdu: Ey Cabir! Nə üçün belə ah çəkirsən?! Dünyaya görədirmi?
Cabir dedi: Bəli. Əli (ə) buyurdu: Ey Cabir! Dünya ləzzətləri yeddi növdür: Yeməlilər, içməlilər, libas, evlilik və cinsi yaxınlıq, minik vasitələri, iyləmələr və eşitmələr. Dünyanın ən ləzzətli yeməyi baldır. Bu bir həşarətin ağız suyudur. Ən yaxşı işməlisi sudur. O isə çoxdur və cərəyan edərək yer üzündə insanların ehtiyacını ödəyir. Bu da ki, ah və həsrət istəmir. Dünyanın ən yaxşı libası ipəkdir. O isə bir qurdun ağız suyundan ibarətdir. Ən yaxşı (düzgün) cinsi əlaqə qadınla olandır. O da iki sidik gələn üzüvün bir-birinə daxil olmasıdır. Camaatın qadınla evlənməkdə ən yaxşı məqsədi, onlarda olan ən pis üzüvə görədir. Ən yaxşı minik atdır. O da ki, sahibini yerə çırparaq qətlə yetirir. Ən yaxşı iyləməli müşkdür. O da bir heyvanın (ceyranın) göbəyində olan xarab olmuş qandan başqa bir şey deyil. Ən yaxşı eşitməli avaz ğinadır. O da ki, haramdır. Elə isə ləzzətləri bu cür olan bir dünyaya, əli çatmadığına görə heç bir ağıllı şəxs ah çəkməz. Cabir deyir: “Allaha and olsun, Əli (ə) dünyanın ləzzətlərini mənim üçün belə təsvir etdikdən sonra bir daha dünya və onun ləzzətləri mənim nəzərimdə cilvələnmədi. Daha dünyanın həsrətini çəkmədim. ("Biharul-Ənvar", c. 75 , səh. 11) Qeyd: Cabir ibn Abdullah Peyğəmbərin (s) hörmətli səhabələrindən olmuşdur. "Peyğəmbərimiz nigarandır" kitabında bu rəvayətdən sonra yazılır: ... "Cabirin ah çəkməsinə səbəb dünyanın bər-bəzəyi, keçici ləzzətləri deyil, maddi çətinlikləri olmuşdur". (“İslaminSesi”) Oxşar xəbərlər
|