TİBB ALİMLƏRİ ŞƏRAB HAQQINDA
İnsan bəzi vaxtlar hər hansı bir işin mahiyyətini başa düşmədən kor-koranə onu icra edir. Əgər onu bu işdən çəkindirmək istəsələr, tutarlı dəlil olmasa, heç vaxt öz işindən əl çəkmir. Bu vəziyyət insanın fitrətində qoyulmuş təbii bir məsələdir. Yəni, insan həmişə səbəb və elm axtarışındadır.
Qeyd olunan bu məsələni İslam dini tamamilə qəbul edir, hətta, bu məsələ İslamın əsas şüarlarıdan biri sayılır. Buna görə də, İslamda etiqadi məsələlərdə təqlid etmək düzgün sayılmır. Bütün müctehidlər ”Şəriət hökmləri” kitabının birinci məsələsində yazırlar ki, etiqadi məsələdə, yəni, “Üsuliddin”də təqlidə icazə verilmir. Yəni, hər bir müsəlman Allahın varlığını, Onun vəhdaniyyətini və bu kimi digər etiqadi məsələləri sübut və dəlillə qəbul etməlidir. həmçinin, başqa əqidəvi məsələlər də bu qayda üzrə olmalıdır. Biz, müsəlman və qeyri-müsəlman olan alimlərin şərab və ümumiyyətlə, bütün məstedici içkilərin nə qədər zərərli və murdar bir şey olması haqqında söylədikləri nəzəriyyələrdən söhbət açmaq istərdik. Onu da bilmək lazımdır ki, insanın ağlı onun üçün dəlil (əsas) sayılır. Yəni, hər bir sağlam insan öz ağlı ilə həqiqi nəticəyə gələ bilər. Ona görə də, Allah-təala, ağılsız və ya ruhi cəhətdən tam mənada qeyri-sağlam şəxslər üçün heç bir təklif və vəzifə müəyyən etməmişdir. Elə bu səbəbdən də, dəli insanlar hər hansı bir cinayət və günahlarına görə məsuliyyət daşımırlar və onlar üçün sorğu-sual yoxdur. Tanınmış alim və filosof Əflatun şərab və başqa fəsad amilləri ilə mübarizə aparmaq yolunda belə bir təklif irəli sürür: “Cəmiyyətlərin bədbəxtçiliyi ondadır ki, savadsızlıq və cəhalət üzündən yaxşı ilə pisi bir-birindən ayıra bilmirlər. Cinayət və fasid işlərin təsirindən xəbərləri yoxdur. Bəs, əhalinin savadlanmasına çalışmaq lazımdır ki, murdar işlərin acı nəticələrindən xəbərdar olsunlar və bununla da, yaramaz işlərin kökü kəsilsin. İnsan bir şeyin zərər və puçluğunu bildikdən sonra ondan çəkinər.” Amma Əflatunun şagirdi Ərəstu ustadının bu sözünü nəqd edərək yazır: "Doğrudur ki, əhalinin savadlı və elmli olması, onları etdikləri cinayətlərin nəticəsindən xəbərdar edir. Amma bu iş heç də fitnə-fəsadı və günahı aradan aparmağa səbəb olmur. Çünki, biz gözümüzlə görmüşük ki, qazilər və məhkəmə işçiləri rüşvət almaq kimi böyük bir cinayətin cəmiyyətdə dağıdıcı nəticələrini bilə-bilə bu işə əl uzadırlar. Digər bir misal, tibb elmini çox yaxşı bilən təbib şərabın pis təsirindən, bədənə olan zərərlərindən xəbərdar olduğu halda onu içir”. Hər iki alimin kəlamından, belə nəticəyə gəlmək olar ki, bütün fəsad və günahların kökünün kəsilməsi yalnız, Allaha iman gətirməklə ola bilər. Yalnız haqq ədaləti və insanın dünya və Axirətinə zamin olan İslam dininə əməl etməklə bu fəsadlara son qoymaq olar. Məşhur avropa alimi doktor Lev Gern öz statistik məlumatı və təhqiqatının nəticəsində belə bir məlumat verir: “Spirtli içkilərə qurşanmış hər 761 nəfər şərab içənin övladlarından 322 nəfəri yüngül əxlaqlı olur, 155 nəfəri ruhi anormallığa, 131 nəfəri isə ürək xəstəliyinə tutulur. Ruhi xəstəxanalarda olan xəstələrin 30-40%-i şərab içənlərdir. İnsan qətllərinin 75%-i şərab içməyin təsirindəndir. Soyuq silahla adam yaralamaq və fiziki xəsarət yetirməyin 30%-i şərabın təsirindən, oğurluq və qarətçiliyin 82%-i də həmin üzdəniraq və yaramaz sərxoşluğun acı nəticələrin-dəndir”. Başqa bir avropalı Andre Mino adlı doktor özünün “Alkoqolizimə qarşı beynəlxalq mübarizə” təşkilatına verdiyi məlumatda deyir: “Ruhi xəstələrin 80%-i və cismi xəstəliklərə tutulanların 40%-i şərab içməyin təsirindəndir. Uşaqlar arasında 60% avara və tüfeyli uşaqlar, 40% azyaşlı cinayətkar, şərab içilən ailələrdən olublar.” Şərabın yəni spirtli içkilərin bəşəriyyətə vurduğu ziyanlar həddən artıqdır. Bəzi xəstəliklər, o cümlədən mədə-bağırsaq xəstəliyi cigər xəstəliyi, mədə, sinə və böyrək vərəmi, ruhi xəstəliklər, əsəb zəiflikləri və bu kimi digər ağır xəstəliklər şərabın təsirindən vücuda gəlir. Məşhur Rus yazıçısı Tolstoy yazır: "Əhali yaxşı bilir ki, şərabın təsiri ilə vicdanın səsi boğulur. Ona görə də, ondan istifadə edirlər." (Yəni adi halda kimsənin cürət etmədiyi yaramaz, alçaq hərəkətlər, zülm və böyük cinayətlər sərxoş olan vəziyyətdə çox asan bir işə çevrilir. Doktor Karlın dediyinə görə, qadın və ya kişinin cinsi yaxınlıq zamanı sərxoş olması əsl cinayətdir. Çünki bu şəraitdə dünyaya gələn uşaq sağalmayan əsəb xəstəliyinə tutulur. Doktor Melvin Kezinin nəzəri belədir ki: "Hətta azacıq da olsa, şərabdan istifadə olunması zehnin çox korlanmasına səbəb olur. Az bir miqdarda şərab içib ləzzət alan insan bilmir ki, öz əsəb sisteminə nə qədər böyük zərər yetirir. Şərab əsəb hüceyrələrini öldürür, qanda zəhərlənməyə münasib şərait yaradır. Oksigeni azaldır və onun qana daxil olmasına mane olur. Həmçinin, qan dövranını ləngidir, bədəndə qanın laxtalanmasını əmələ gətirir. " Nəhayət, doktor Herburq Moskov belə nəticəyə gəlib ki: “Şərab insan zehninin hafizə-sini korlayır, çoxlu məlumatları dərk edib yadda saxlamaq qüdrətini öldürür. Şərabxorun övladı xəstə olar, tənbəl və avam olub heç bir elmi təhsil almağa meyl göstərməz, həmişə hirsli olub, bəzən isə naqis, anormal halda dünyaya gəlir”. Bütün bunlara nəzər saldıqda, Qurani-Kərimin şərab haqqında buyurduqları təsəvvürümüzdə canlanır: [Ey Mənim Rəsulum!] Səndən içki və qumar haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah və həm də insanlar üçün mənfəət [şərabın alveri ilə əldə edilən kiçik dünya mənfəəti] vardır”. Bəziləri iddia edirlər ki, şərab və məstedici içkilərin insan orqanizminə xeyiri vardır. Elə başa düşürlər ki, şərab iştahanı artırır, mədəni gücləndirir və yeməyin həzm olunmasına kömək edir. Bəziləri hətta, ifrata vararaq belə zənn edirlər ki, şərab ömrü uzadır, insana həyat verir. Bütün bunların qarşısında biz, tibb alimlərinin dəqiq elmi təhqiqatlarından başqa, ümumi nəticələrini əlavə edirik ki, Alahın insanlara haram buyurduğu şərab, insanın ciyərlərinə zərərdir və onda bir çox qorxulu xəstəliklər yaradır. Onların ən kiçiyi ciyərin genişlənməsi, iltihab, həmçinin, sidik kisəsi və onun yollarının tutulması və bağırsaq dolaşması xəstəliyinin yaranmasıdır. Çünki ciyərin və daxili bədən üzvlərinin və bağırsaqlarla birbaşa bağlılığı, qan-damar sistemi ilə sıx rabitəsi vardır. Çox vaxt şərabın təsirindən ciyərdə çoxlu xırda şişlər əmələ gəlir. Bunun da səbəbindən qarında su yığılır. İnsanın qarnında yığıntılar əmələ gəlir. Bu cür xəstəliklər bəzən çox pis xəstəliyə o cümlədən, rak xəstəliyi ilə nəticələnir. Allahın sizə qadağan etdiyi şərab, insan böyrəklərinin xarab olmasında ən təsirli amildir. Onları bütünlüklə fəaliyyətdən saxlayır, insanın ölümünə səbəb olan müxtəlif təhlükəli xəstəliklər yaradır. Burada təbiblərin məşhur bir sözü var, buyururlar: “Şərabla yaşayanın ölümü sudan olar.” Yəni, çox şərab içmək insanın ciyərlərinin korlanmasına və həmçinin, böyrəklərinin çürüməsinə səbəb olur. Allahın haram etdiyi şərab, insanın ürək-damar sisteminə çox böyük mənfi təsir edir, qəlbin döyüntüsünü azaldır, ürəyin genişlənməsinə və damarlarında beyin, əsəb və hafizəyə lazım olan hüceyrələrin zəiflənməsinə səbəb olur. Qırmızı qan damarlarını o qədər zəiflədir ki, çox asanlıqla aradan gedir. Bu da şərab içənin infarkt keçirməsinə və nəhayət, qəfil ölümünə səbəb olur. Bu cür xəstəliklərdən Allaha pənah aparırıq! Çox vaxt küçələrdə, zibilliklərdə, çirkab sularda ölü kimi düşüb qalmış sərxoşları görürük və bir daha Rəbbimizin haram etdiklərinin hikmətini xatırlayırıq. Şərab, bir çox vaxtlarda sinə xəstəliklərinə, damağ və qorxulu damar çürüməsi xəstəliklərinə səbəb olur. Qeyd etdiyimiz kimi şərabın zehnə və əqlə də, çox böyük mənfi təsirləri vardır. Sayıqlamaq, dəlilik və əsəb xəstəlikləri yaradır. Alimlər sübut etmişlər ki, şərab içənin burun boşluğu, baş nahiyəsi şüşə kimi spirtli maddələrlə dolu olur. Bütün bunların təsirindən müxtəlif səviyyəli psixoloji sarsıntılar yaranır. Hansı ağıllı adam razı olar ki, insan öz ağlını və malını ötəri ləzzətlərə dəyişsin və özünü cəmiyyət arasında gülünc vəziyyətə salsın?! Allahın haram etdiyi şərabın gözə də çox böyük mənfi təsiri vardır. Göz-əsəb sistemlərini zəiflədir. Gözlərdən həmişə yaş gəlməsinə səbəb olur. Bununla da, şərabxorun gözlərindən də məhrum olmaq ehtimalı qarşıya çıxır. Şərabın zərəri qulağın içinə qədər təsir edir, eşitmə qabiliyyətini azaldır və qulağın içində qəribə qorxulu səslər yaranmasına səbəb olur. Allahın haram etdiyi şərab, insanın cinsiyyət üzvlərinə də mənfi təsir göstərir. Ona görə də, cəmiyyətdə şərabın yayılması uşaq doğulmasının sayını azaldır. Bütün bunlardan əlavə, şərab-xorluq yüzlərlə başqa xəstəliklərə də səbəb olur. Onların hamısını bu kiçik bəhsdə qeyd etməyə imkan yoxdur. Ahlibeyt.ge Oxşar xəbərlər
|