Ananın ayağının öpmək – Kəbənin astanasını öpmək kimidir
Mьəllif: admin1
Tarix: 14-01-2019, 21:08
Ananın ayağının öpmək – Kəbənin astanasını öpmək kimidir
Quran-Kərim və hədislərimiz bəyan edir ki, Allahdan sonra gərək valideynlərinizə hörmət edib, onların ehtiramını saxlayasınız. Ananın məqamı xüsusilə daha yüksəkdir.

Hədislərimiz buyurur: “Behişt ananın ayağı altındadır”. Bu hədis uşaq vaxtından indiyə qədər daima zehnimizə həkk olmuşdur. Ana öz övladını əvvəl canı və sonra südü ilə bəsləyər. O zaman ki, bu övlad böyüyər – ananın dayağı olar.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Hər kim anasının ayağını öpər, ona bənzəyər ki, Kəbənin astanasını öpmüşdür”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim anasının alnından öpər, cəhənnəm atəşindən qorunmuş olar”.

Bir gün bir kişi Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Mən ömür boyu çox günahlar etmişəm, mənim üçün tövbə yolu vardırmı?”.

Həzrət (s) buyurur: “Atan və ya anan sağdırmı?”.

Deyir: “Ancaq atam sağdır”.

Həzrət (s) buyurur: “Atana hörmət və yaxşılıq et ki, Allah səni bağışlasın”.

O zaman ki, həmin kişi gedir, Həzrət (s) buyurur: “Ey kaş, anası sağ olaydı”.

Peyğəmbərimiz (s) başqa bir hədisdə buyurur: “Necə ki, peyğəmbərlərin (ə) ümmətləri barəsində etdikləri duaları qəbul olur, ataların övladları barəsində etdikləri dualar da qəbul olur”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031