Allah ilə bağlanan əhd deyiləndə, nə nəzərdə tutulur?
Mьəllif: admin1
Tarix: 15-01-2019, 13:43
Allah ilə bağlanan əhd deyiləndə, nə nəzərdə tutulur?
Qurani-Kərimdə belə bir ayə vardır ki, buyurur: “Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz ağlınız vasitəsilə) sizə buyurmadımmı (sizinlə əhd bağlamadımmı) ki: «Şeytana ibadət etməyin! Şübhəsiz, o sizin açıq-aşkar düşməninizdir?!»”. (“Yasin” 60).

Bəs Allah bu əhdi nə zaman və harada bağlamışdır? Bu İlahi əhdlə bağlı nəzərlər müxtəlifdir. O cümlədən:

1. Bəzi alimlər deyir ki, məqsəd İlahi imandır ki, ağıl onu təsdiq etmişdir. Allah Təala bu əhdi insanla qeyri-rəsmi şəkildə bağlamışdır ki, ağıl onun həqiqət olduğunu yaxşı dərk edir. Yəni, insan başa düşür ki, tövhid yaxşıdır, şeytan pisdir. İnsan ağlı həm yaxşıları dərk edir, həm də pisləri. Ağıl deyir ki, şeytan pisdir, zülm pisdir.

2. Bəzi alimlərin nəzərinə görə, İlahi əhd – bəşərin fitri imanıdır ki, Allah insan varlığına qoymuşdur. İnsan elə yaradılmışdır ki, Allah sevən və Allah axtarışında olan varlıqdır. Allahdan qeyrisinə pərəstiş etməkdən qaçır. Əslində bu qanun – yazılmamış bir qanundur ki, insan fitrətinə qoyulmuşdur.

3. Bəzi alimlərin nəzərinə görə, İlahi əhd deyildikdə İlahi peyğəmbərlər (ə) və səma kitabları vasitəsilə bağlanan əhdlər nəzərdə tutulur. Belə ki, Peyğəmbər (s) daima insanlara buyurardı: “Şeytana (lən) itaət etməyin”.

Hər bir halda deyə bilərik ki, Allah bizə şeytanın (lən) açıq düşmən olduğunu bəyan etmiş və ondan uzaq olmağa əmr etmişdir. İstər fitri şəkildə olsun, istər peyğəmbərlər (ə) vasitəsilə olsun, istərsə də ağıl vasitəsilə. Şeytan (lən) – insanın and içmiş düşmənidir və insan gərək bu həqiqəti heç bir zaman unutmasın.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031