Müşrikləri viran edən külək, möminlər üçün rəhmət vasitəsi oldu
Qurani-Kərimin bəzi ayələri elə küləklərə işarə edir ki, döyüşlərin bəzisində möminlərə yardım etmişdir. Misal üçün, bu ayədə oxuyuruq: “Ey iman gətirənlər, (Əhzab döyüşündə müxtəlif ərəb qəbilələrindən olan çoxlu) qoşunlar sizə üz tutduqları zaman Allahın sizə olan nemətini yada salın! Biz onların üzərinə (soyuq və güclü) külək və sizin görmədiyiniz(mələklərdən ibarət) qoşunlar göndərdik. Hər zaman Allah etdiklərinizi görəndir”. (“Əhzab” 9).
Bu küləyin sürəti o qədər çox idi ki, xeymələrin iplərini qırmışdı. Bəziləri bu küləkləri viranedici bəla adlandırmışdılar. Allah Təala bu külək vasitəsilə möminlərə yardım etmişdir. Bəziləri bu küləyə səba adını vermişdilər. Bu küləklər adi küləklər deyildi. Bu, Allahın qeybi yardımı idi. Bu küləyin əsdiyi yerdə müsəlmanların ordusu da qərar tuturdu. Düşmənlə onların arasında bir xəndək qədər fasilə var idi. Buna baxmayaraq, külək ancaq düşmənə ziyan vururdu. Müsəlmanlar bu küləkdən ən az ziyan belə görməmişdilər. Əksinə. Müsəlmanlar üçün xilas vasitəsi oldu. Küləyin sürəti o qədər çox idi ki, düşməni qorxutmuş və qaçmağa məcbur etmişdi. Bu zaman Əbu Süfyan demişdi: “Bu külək bizim üçün heç nə qoymayacaqdır”. Əhzab döyüşündə möminlərin yardımına gələn bu külək həm güclü idi və həm də soyuq idi. Qışın sərt gecələrində əsmişdi. Ona görə də nə döyüş sursatları qaldı, nə də özləri. Bəzi təfsirçilər deyir ki, bu külək əslində Allahın görünməyən ordusu idi. Çünki Allahın görünməyən orduları vardır. “Sonra Allah Öz Peyğəmbərinə və möminlərə Öz xatircəmliyini (məxsus vaxtlarda Öz dostlarının qəlbinə nazil etdiyi qəlb rahatlığını) nazil etdi, sizin görmədiyiniz qoşunları göndərdi və küfr edənlərə əzab verdi. Budur kafirlərin cəzası!”. (“Tövbə” 26). /Deyerler.org/ Oxşar xəbərlər
|