Allaha təvəkkül etmək necə olur?
Mьəllif: admin1
Tarix: 19-01-2019, 19:43
Allaha təvəkkül etmək necə olur?
İslam dinində bəndə ilə Allah arasında olan xüsusi rabitələrdən biri də təvəkkül yolu ilə həyata keçər. O bəndə ki, Allaha təvəkkül edər, Ondan başqasından əlini üzərsə deməli, insanlığın dəyərlərini dərk etmiş və Allahını lazımi qədər tanımış deməkdir.

Kimlər Allaha təvəkkül edərlər?

1. O kəslər ki, zatən ehtiyaclı və zəif olduqlarını dərk ediblər. Dərk ediblər ki, zatən nə qədər aciz və zəlildirlər, nə qədər Allaha möhtacdırlar. “Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah isə (heç kəsə) möhtac deyil. (Onun)sifətləri və işləri öyülmüşdür (O, bəşərin xaliqi, qoruyucusu və ruzi verənidir, beləliklə məxluqlar tamamilə möhtac, O isə əsla möhtac deyil)”. (“Fatir” 15).

2. Allahın Qadir olduğunu dərk edənlər. Bəndə o zaman ki, əlini Allaha tərəf açar və başqalarının yardımına söykənməz – o zaman Allah ona yardım edər. Bəndə dərk edər ki, məhz təvəkkül vasitəsilə Allaha söykənə bilər və Ondan yardım ala bilər. Çünki Allah hər şeyə və hər bir halda Qadirdir. Ona görə də həyatının hər bir sahəsində Ona etimad edər və ancaq Ondan istəyər.

“Əgər Allah sənə bir zərər-ziyan yetirsə, onu Ondan başqa dəf edən yoxdur və əgər sənə bir xeyir yetirsə (onun da davam etməsi və aradan getməsi Onun əlindədir çünki,) həqiqətən, O, hər bir şeyə qadirdir”. (“Ənam” 17).

3. Allahın hər şeydən agah olduğuna yəqini olanlar. “Mən öz işimi Allaha tapşırıram. Çünki Allah bəndələri(n halını) görəndir”. (“Ğafir” 44).

4. Allah dünyada baş verən hər bir hadisənin səbəbkarıdır. “De: «Əgər Allah sizə bir pislik və əzab, yaxud bir yaxşılıq və mərhəmət istəsə, Ondan (Onun iradəsindən, istəyindən) sizi kimdir qoruyan?! Və əsla onlar özləri üçün Allahdan savayı bir hami və yardımçı tapmazlar»”. (“Əhzab” 17).

5. Allaha təvəkkül etmək insanı səadətə çatdırar. «Allah bizi öz yollarımıza (dünya və axirət kamilliklərinə) hidayət etdiyi halda, biz nə üçün də Ona təvəkkül etməməliyik?! Şübhəsiz, bizə verdiyiniz əzab-əziyyətlərə səbir edəcəyik. Təvəkkül edənlər gərək yalnız Allaha təvəkkül etsinlər». (“İbrahim” 12).

6. Allah Ğayətil-umurdur. Yəni, hər bir işin əvvəli və sonu Ona qayıdır. “Göylərin və yerin gizli sirləri Allaha məxsusdur(Onun mülk, qüdrət və elminin əhatəsindədir) və (varlıq aləmində) bütün əmrlər və işlər (səbəb-nəticə qanunu yolu ilə) Ona qayıdır. Buna görə də Ona ibadət et və Ona təvəkkül et. Və Rəbbin etdiklərinizdən əsla xəbərsiz deyildir”. (“Hud” 123).

7. Yəqinə çatanlar ki, Allah Təala ruzi verəndir. “Allahın yerinə onlar üçün göylərdən və yerdən heç bir ruziyə sahib olmayan və heç bir qüdrətləri də olmayan şeylərə ibadət edirlər”. (“Nəhl” 73).

8. Allah Mütləq Hakimdir. “De: «Əgər bilirsinizsə, (deyin görək: Onun istəyi ilə vücuda gəlmiş) hər bir şeyin sahibliyi və onlar üzərində hakimiyyət əlində olan, (istədiyinə) sığınacaq verən və (əzabı) müqabilində heç bir kəsə sığınacaq verilməyən kimdir?». Onlar deyəcəklər: «(Bunların hamısı) Allaha məxsusdur»”. (“Muminun” 88-89).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031