Günün hədisi: İnsanın belini qıran amillər
Mьəllif: admin1
Tarix: 22-01-2019, 22:59
Günün hədisi: İnsanın belini qıran amillər
İmam Baqir (ə):

ثَلاثٌ قَاصِمَاتُ الظَّهْرِ؛ رَجُلٌ اسْتَكْثَرَ عَمَلَهُ وَ نَسِيَ ذُنُوبَهُ وَ اَعْجَبَ بِرَأْيِهِ...

“Üç şey insanın belini qırar:

1. Yaxşı əməlini böyük sanmaq;
2. Günahlarını unutmaq;
3. Öz nəzərini mütləq və üstün bilmək”.

(“Vəsailuş-şiə”, c. 1, səh. 73).

Qısa izah

Öz əməllərini üstün hesab edən kəslər tam yəqinliklə ona qane olub öyünür və özlərindən razı olurlar. Bu da onların inkişaf və təkamülü qarşısında böyük maneəyə çevrilir.

Günahlarını unudan kəslər də günahlarını xeyir və savab əməllərlə əvəz etmək yerinə, hər gün yeni bir günaha aludə olurlar.

Öz fikir və ideyaları ilə kifayətlənən insanlar ictimai təfəkkürdən və fərdlərin elm və təcrübəsindən məhrum olurlar. Nəticədə, mütəmadi şəkildə xətalara bürünür və nəhayət, saysız çətinliklər müqabilində belləri sınır.

Maide.az
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930