Qiyamətdə günahkarların arzuları
Mьəllif: admin1
Tarix: 23-01-2019, 10:34
Qiyamətdə günahkarların arzuları
Qurani-Kərimə görə, qiyamət günü kafirlər, günahkarlar, cinayətkarlar və zalımlar haqq-ədalətlə üzləşdikdə, bir sıra arzular edəcəklər ki, aşağıda onlara işarə edirik:

1. Arzu edəcək ki, kaş Şeytandan şərqlə qərb arasındakı məsafə qədər uzaq olaydım:

حَتَّى إِذَا جَاءنَا قَالَ يَا لَيْتَ بَيْنِي وَبَيْنَكَ بُعْدَ الْمَشْرِقَيْنِ فَبِئْسَ الْقَرِينُ

“Nəhayət, o, (qiyamət günü) hüzurumuza gəldikdə belə deyər: “Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasındakı məsafə qədər uzaqlıq olaydı. Sən nə pis yoldaş imişsən!” (“Zuxruf”, 38.)

2. Arzu edəcək ki, kaş fılankəslə dost olmayaydım:

يَا وَيْلَتَى لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًا

“Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) fılankəsi (özümə) dost tutmayaydım.” (“Furqan”, 28.)

3. Arzu edəcək ki, kaş bir də dünyaya qaytarılıb Allaha iman gətirəydim:

وَلَوْ تَرَىَ إِذْ وُقِفُواْ عَلَى النَّارِ فَقَالُواْ يَا لَيْتَنَا نُرَدُّ وَلاَ نُكَذِّبَ بِآيَاتِ رَبِّنَا وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ

“(Ya Rəsulum!) Gətirilib od üstündə saxlandıqları zaman sən onların: “Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini təkzib etməyəydik və möminlərdən olaydıq!” – demələrini görəydin!” (“Ənam”, 27.)

4. Arzu edəcək ki, kaş Peyğəmbərin (s) yoluna itaət edəydim:

وَيَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَى يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلًا

“O gün zalım (peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: “Kaş Peyğəmbərlə birlikdə (mən də Allaha tərəf gedərək) bir yol tutaydım..” (“Furqan”, 27.)

5. Arzu edəcək ki, kaş əməl dəftərim əlimə verilməyəydi:

وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِشِمَالِهِ فَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُوتَ كِتَابِيهْ

“Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: “Kaş əməl dəftərim mənə verilməyəydi!” (“Haqqə”, 25.)

6. Arzu edəcək ki, kaş dünyada torpaq olaydım:

إِنَّا أَنذَرْنَاكُمْ عَذَابًا قَرِيبًا يَوْمَ يَنظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ الْكَافِرُ يَا لَيْتَنِي كُنتُ تُرَابًا

“...O gün (qiyamət günü) insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: “Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!” – deyəcəkdir.” (“Nəbə”, 40.)

7. Arzu edəcək ki, kaş ölüm əbədi və qəti olaydı:

يَا لَيْتَهَا كَانَتِ الْقَاضِيَةَ

“Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!)” (“Haqqə”, 27.)

8. Arzu edəcək ki, kaş dünyada yaxşı işlər görəydim:

يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِحَيَاتِي

“O deyəcəkdir: Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” (“Fəcr”, 24.)

9. Arzu edəcək ki, qohum-əqrəbanın başına nə gəlir gəlsin, təki özüm Allahın əzabından qurtulum:

يُبَصَّرُونَهُمْ يَوَدُّ الْمُجْرِمُ لَوْ يَفْتَدِي مِنْ عَذَابِ يَوْمِئِذٍ بِبَنِيهِ. وَصَاحِبَتِهِ وَأَخِيهِ. وَفَصِيلَتِهِ الَّتِي تُؤْويهِ. وَمَن فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ يُنجِيهِ

“Onlar bir-birinə göstəriləcəklər (lakin bir-birini tanısalar da, özlərini tanımazlığa vurub bir-birindən qaçacaqlar). O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin (fidyə versin) öz oğullarını; zövcəsini və qardaşını; (çətin günlərdə) ona sığınacaq verən qohum-əqrəbasını və yer üzündə olanların hamısını – təki özünü (Allahın əzabından) qurtarsın!” (“Məaric”, 11-14.)

Maide.Az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031