Günün hədisi: Nalayiq sözlərdən çəkinin
İslam Peyğəmbəri (s):
اَفْوَاهُكُم طَرِيقٌ مِن طُرُقِ رَبِّكُم فَأَحَبُّهَا اِلَي اللهِ اَطْيَبُهَا رِيـحًا فَطَيِّبُوهَا بِمَا قَدَرْتُم عَلَيْهِ “Allaha doğru aparan yollardan biri də sizin ağzınızdır. Onun dərgahında ən sevimli ağız ən yaxşı qoxulu olandır. Belə isə ağzınızı xoş iyli saxlamaq üçün çalışın”. (“Vəsailuş-şiə”, c.1, səh.358). Qısa izah “Vəsailuş-şiə” kitabında dişlərin yuyulması və fırçalanması qaydası haqqında nəql olunan bu hədisin həm zahiri, həm də batini mənası vardır. Hədisin zahiri mənası hər bir mömin insanın ağzı ilə Allaha ibadət etməsi və onun nazil etdiyi ayələri oxumasından ibarətdir. Bu baxımdan, möminlər ağızlarını pak və təmiz saxlamalıdırlar. Hədisin batini mənası belədir: “İnsan ağzı ilə Allah dərgahına üz tutaraq danışdığı və digərləri arasında onun vasitəsilə ünsiyyət yaratdığı üçün onu nalayiq və yersiz sözlərdən pak saxlamaqla, Allah dərgahında daha sevimli və əziz bəndəyə çevrilə bilər”. Maide.az Oxşar xəbərlər
|