Allahım! Həzrət Zəhra (s.ə) haqqına, həyat yoldaşıma şəfa ver! – Həzrət Fatimənin (s.ə) kəramətlərindən
Mьəllif: admin1
Tarix: 23-01-2019, 15:02
Allahım! Həzrət Zəhra (s.ə) haqqına, həyat yoldaşıma şəfa ver! – Həzrət Fatimənin (s.ə) kəramətlərindən
Bir nəfər nəql edir: “Həyat yoldaşım əlacı olmayan xəstəliyə düçar olmuşdu. Çox çətinliklə nəfəs alırdı. Bir neçə addım atan kimi, nəfəsi kəsilirdi. Rəngi qaralırdı. Tanınmış həkimlərdən birinin yanına getdim və o, həyat yoldaşımı müayinə etdikdən sonra analiz almağı tövsiyə etdi.

Həkim onun cavabına baxan zaman, rəngi dəyişdi.

Mən soruşdum: “Nə olub, həkim?”.

Dedi: “Çox təəssüf ki, ağciyərinin çox hissəsi işləmir və müalicə təsir etməz”.

Ümidsiz halda həyat yoldaşımı evə apardım. Gecə “Məfatih”i açdım və gözüm Həzrət Zəhranın (s.ə) namazına dəydi. Dəstəmaz aldım və Xanımın (s.ə) namazını qılmağa başladım. Namazdan sonra səcdəyə getdim və zikrləri deməyə başladım. Sonra Allahdan hacətimi istədim.

Dedim: “Allahım! Həzrət Zəhra (s.ə) haqqına, həyat yoldaşıma şəfa ver!”.

Sonra ağlamağa başladım və yuxu məni apardı. Yuxuda gördüm ki, Xanım (s.ə) mənim həyat yoldaşımın başının üstündədir. Ona məhəbbət göstərirdi. Mübarək əlləri ilə üzünə sığal çəkirdi. Üzündəki niqaba baxmayaraq, hiss etdim ki, onu tanıyıram. Sanki içimdən biri deyirdi: “Bu banu – aləmlər qadınlarının seyyidəsi Həzrət Zəhradır (s.ə)”.

Yuxudan ayıldım və üzümdə təbəssüm var idi. Təcili özümü həyat yoldaşıma çatdırdım, yatmışdı və sakit halda nəfəs alırdı. Sinəsi həmişəki kimi xırıldamırdı.

O gündən sonra sağalmağa başladı və bir neçə həftə sonra tamamilə şəfa tapdı. Onu həkimə apardım və o, müayinə etdikdən sonra çox təəccübləndi”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031