Kərbəla türbəti böyük seli belə yatızdırdı
Böyük alimlərdən biri xatırlayır: “O günün əsrində hava başqa cür idi və buludlu idi. Çox lətif bir meh əsirdi. Rəcəb ayının 27-si gecəsi idi. Ona görə də hamı bu bayramı qeyd etmək üçün “Ali-Rəsul (s)” məscidinə tələsirdilər. Bu böyük məscid tez bir zamanda çox sayda insanla doldu və məğrib namazının azanı verildi.
Pişnamaz Ayətullahul-üzma Seyyid Əli Xamenei cənabları idi. Namazın ikinci rükətində olan zaman bayırdan qəribə səslər gəlməyə başladı və bu qorxuducu səs yavaş-yavaş yaxınlaşırdı. İşa namazını bitirən kimi məscidin eyvanını su basmağa başladı. Şəhər suyun içində idi və sel hər yerə hücum edirdi. Məscid yerdən bir metr hündür olduğu üçün su yavaş-yavaş məscidə daxil olurdu. İmam göstəriş verdi ki, yerdə olan xalçalı toplayıb hündür bir yerə qoysunlar ki, islanmasın. İşıqlar kəsildi və səs-küy hər yeri bürümüşdü. Bu zaman yadıma düşdü ki, yanımda Kərbəla türbəti vardır. Eşitmişdim ki, Kərbəla türbəti hər bir bəlanın əlacıdır və Allaha təvəkkül edib, onu çıxartdım. Qaynayan və hücum etməkdə olan selin üzərinə səpdim. Allaha yalvardım ki, seli yatızdırıb, bizi bu bəladan xilas etsin. Elə bu zaman sel aram oldu və Allahın izni ilə geri çəkilməyə başladı. Allahın yardımı və türbətin fəziləti ilə bu bəladan belə nicat tapdıq”. /Deyerler.org/ Oxşar xəbərlər
|