Günün hədisi: Çalışın öyrənin
İslam Peyğəmbəri (s):
مَن عَمِلَ عَليٰ غَيْرِ عِلْمٍ كَانَ مَا يُفْسِدُهُ أَكْثَرُ مِمَّا يُصْلِحُهُ “Elmsiz əməl edən şəxsin törətdiyi fəsadlar islah etdiyi işlərdən çoxdur”. (“Biharul-ənvar”, c. 1, səh. 208). Qısa izah Nadanlığın, elmsiz əməlin nəticəsi fəsad və təhlükədir. Cahil insan öz övladına yaxşılıq etmək istədikdə, ona zərər vurur, İslama xidmət əvəzinə dini gözdən salır, insanlar arasında sülh və əmin-amanlıq yaratmaq əvəzinə onların arasında nifaq və ixtilaf törənməsinə bais olur. Hədisin mesajı da məhz budur: nadan şəxslərin məlumatsızlığından yaranan fəsad və inhiraflar onların etmək istədikləri islahat və yaxşılıqlardan çoxdur. Maide.az Oxşar xəbərlər
|