Ağır olan haqqı, Allah kimlər üçün yüngül etmişdir?
Mьəllif: admin1
Tarix: 24-01-2019, 19:18
Ağır olan haqqı, Allah kimlər üçün yüngül etmişdir?
Əmirəl-möminə (ə) imanla bağlı sual verirlər və Həzrət (ə) buyurur: “Allah Təala imanı dörd sütun üzərində qərar vermişdir:

1. Səbir.

2. Yəqin.

3. Ədalət.

4. Cihad.

Səbrin dörd şöbəsi vardır: meyil, qorxu, zahidlik, intizar.

Hər kimin behiştə meyli olar – nəfsani istəklərini kənara qoyar.

Hər kimin cəhənnəm qorxusu olar – haram işlərdən üz çevirər.

Hər kim dünyada zahidlik edər – müsibətlər onun üçün asan olar.

Hər kim ölümün intizarını çəkər – yaxşı işlər görməyə tələsər”.

Həzrət Əli (ə) başqa yerdə buyurur: “Haqq ağırdır. Ancaq Allah onu xeyirli aqibət ardınca olanlar və özünü səbir etməyə vadar edənlər üçün yüngül etmişdir. Allah üçün yaxşı iş gör. Nəticədə sabirlərdən ol və Allahdan yardım istə”.

Cabir ibni Abdullah İmam Əlidən (ə) nəql edir: “Riyadan uzaq olmaq üçün yaxşı əməlləri gizli saxlamaq, narahatlıqlara səbir etmək və müsibətləri gizlətmək – behişt xəzinələrindəndir”.

Həzrət Əli (ə) başqa yerdə buyurur: “Səbrin acılığına döz, bədənini şirin batilə aldanmaqdan çəkindir!”.

Başqa Məsumların (ə) kəlamlarında da səbrin mühüm olması həqiqətini dərk etmək olur. Belə ki, İmam Sadiq (ə) buyurur:“Dünyada olduğun bu zamanda hadisələrə, bəlalara, tufanlara səbir edin ki, dünya bir neçə saatdan başqası deyildir. Yaşadığın bu saatda itaətləri yerinə yetirməyə və haramları tərk etməyə səbir edin”.

İmam Baqir (ə) buyurur: “Behişt səbir ilə əhatə olunmuşdur. Hər kim dünyada xoşagəlməz hadisələrə səbir edibdirsə, behiştə daxil olacaqdır. Cəhənnəm heyvani şəhvətlə mühasirəyə alınmışdır. Ona görə də hər kim ləzzət və şəhvət ardınca olar – atəşə daxil olar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031