Nəfsani istəklərin insana 6 növ təsiri
Mьəllif: admin1
Tarix: 24-01-2019, 19:21
Nəfsani istəklərin insana 6 növ təsiri
Nəfsani istəklər insanın ruhuna və cisminə necə təsir edir?

Bu təsirlərdən bəzisi ilə tanış olaq:

1. Əməli qəlb üçün bəzəyir. “Və onun köynəyinin üzərində yalançı qan gətirdilər. (Ata) dedi: «(Siz dediyiniz kimi deyildir. Canavar Yusufu nə cür yeyib ki, köynəyini parçalamayıb?) Əksinə, nəfsiniz (pis) işi nəzərinizdə gözəl göstərmişdir. Buna görə də gərək gözəl bir səbir edəm. Sizin dediyiniz şey barəsində yalnız Allahdan yardım diləmək lazımdır»”. (“Yusif” 18).

“Və nəfsim (bu çirkin əməli) mənə beləcə gözəl göstərdi”. (“Taha” 96).

Burada nəfs qəlbə deyil, şəhvətə işarə edir.

2. Qəlb, əmələ qarşı müsbət nəzərdə olur. Nəhayət əməl üçün hökm verir. “Bəs nə üçün Bizim əzabımız onlara yetişəndə, boyun əymədilər və yalvarıb-yaxarmadılar? Əksinə, onların qəlbləri daşlaşdı və şeytan etdiklərini (günahları) bəzəyərək onlara gözəl göstərdi”. (“Ənam” 43).

“Şeytan onların (çirkin) əməllərini nəzərlərində zinətləndirdi, beləliklə də onları (Allahın) yol(un)dan saxladı. Halbuki bundan öncə (tövhid və din barədə) bəsirət əhli idilər”. (“Ənkəbut” 38).

3. Nəfsani istəklər qəlbin qərarlarına təsir edər. “Buna görə də nəfsi istəyə tabe olmayın ki, (nəticədə) haqdan üz çevirəsiniz”. (“Nisa” 135).

“(Sonra dedik:) «Ey Davud! Biz səni yer üzündə (Öz) xəlifə(miz) etdik. Buna görə də insanların arasında haqq əsasında hökm çıxar və nəfsi istəklərə tabe olma ki, o, səni Allahın yolundan azdırar. Şübhəsiz, Allahın yolundan azanlar üçün hesab gününü unutmalarının müqabilində şiddətli əzab vardır»”. (“Sad” 26).

4. Qəlb yavaş-yavaş qəsavət bağlayar, xəstə olar. “Belə deyildir (Bizim ayələrimiz əfsanə deyil), əslində onların qəlblərini qazandıqları (günahlar) paslandırmışdır”. (“Mutəffifin” 14).

“Məgər onlar yer (üzün)də gəzib dolaşmayıblar ki, düşünən qəlbləri və ya eşidən qulaqları olsun?! Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur”. (“Həcc” 46).

“Beləliklə, qəlblərində xəstəlik (nifaq və ikiüzlülük xəstəliyi) olan kəslərin onlar(la dostluğ)a tələsmələrini, «bizə pis bir hadisənin üz verməsindən qorxuruq» demələrini görürsən”. (“Maidə” 52).

5. Nalayiq əməllərin təsirindən dəyişən qəlb, öz əvvəlki paklığını itirər və həqiqətlərdən uzaqlaşar. Onları tanımaq istəməz.

6. Qəlb həqiqətləri dərk etməyi bacarmaz, insan ruhu həqiqətlərdən uzaq qalar. Halbuki, insanları Qiyamət günü xilas edə biləcək tək şey – sağlam qəlb və saleh əməllər olacaqdır. “Həmin gün (əqidə və əməllərin) ölçülməsi haqq və qətidir. Beləliklə, kimin ölçülmüş əməlləri ağır və dəyərli olsa, onlardır nicat tapanlar!”. (“Əraf” 8).

Allah Təala bizləri nəfsin deyil, əqlin ardınca gedənlərdən qərar versin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031