“Şahid olun ki, Hüseynə (ə) ilk ox atan mənəm” – Ömər Səd
Ömər ibn Səd ibn Əba Vəqqas tarixin mənfur simalı şəxslərindəndir. O hələ kiçik yaşlarından döyüşlərdə atası Səd ibn Əba-Vəqqasın yanında olmuş, İraqın fəthində yaxından iştirak etmişdi.
Ömər Səd həmçinin atası ilə bərabər Müaviyyə tərəfində imam Əliyə (ə) qarşı vuruşmuşlar. Hətta qeyd olunur ki, Ömər atasını xəlifə olmağa belə təşviq etmiş, lakin atası Səd bunu qəbul etməmişdi. Ömər Səd elə bir şəxsdir ki, İbn Ziyadın göstərişi ilə hörmətli peyğəmbər səhabəsi Hicr ibn Ədiyyin əleyhinə şəhadət vermişdi. O, bu şəhadəti ilə Hicrin kafir olduğunu deyir və onun qətlnə səbəbkar olur. Ömər həmçinin Müslim ibn Əqilə də xəyanət edir. Müslimin ondan əhd alaraq dediyi xəbəri İbn Ziyada xəbər verir. Ömər Səd özünün ən mənfur sifətini Kərbəlada da göstərir. O, 4 minlik ordu ilə imam Hüseynin (ə) karvanının qarşısını alır və karvana su içməyə mane olur. İmam Hüseyn (ə) bir neçə dəfə Öməri çağırıb ona nəsihət edir. Lakin Ömər təhdid olunduğuna görə qorxduğunu, həm də İbn Ziyadın ona vəd etdiyi Rey hakimliyi arzusunda olduğunu bildirir. İmam (ə) isə ona deyir: iraqın buğdasından yemək sənə nəsib olmayacaq. Ömər Səd, Aşura günündə imamın ordusuna ilk ox atan kəsdir. O, öz ordusunun qarşısına çıxır və deyir: "Şahid olun ki, mən o kəsəm ki, ılk oxu atıram". İmam (ə) ona qəzəb edərək deyir: Allah sənin kökünü kəssin! Kərbəla şəhidlərinin mübarək bədəni üzərində atların çapılmasına əmr verən də Ömər Səddir. İmamın (ə) ailəsını əsir götürüb və Kufəyə İbn Ziyadın sarayına aparan da Ömər Səddir. Aşura hadisəsindən sonra İnb Ziyad Ömərə verdiyi sözünün üstündə durmur. Bir yandan da Ömərin gözünə qanlı Aşura görükür, bağıraraq özünü boğurdu. Ömər Səd sonda Muxtar Səqəfinin qəzəbli qılıncına tuş gəlir. Ömərin başı bədənindən ayrılaraq zibilliyə atılır. (İslaminSesi) Oxşar xəbərlər
|