Həzrət Zəhra (s.ə) – Quranın həqiqi şəklinin təcəssümüdür
Quranın əsil şəklini kamil insanda görmək olar. Biz Quran oxuyur və onu əzbərləyirik, ancaq Quranın əsil şəklini təcəssüm etdirə bilmirik. Çünki kamil deyilik. Ancaq kamil insanlar Quranın əsil şəklini təcəssüm edə bilirlər ki, onlardan biri də Həzrət Zəhradır (s.ə).
Quranın kəlamları ədalətdir. Quranın kəlamları haqdır. Quran bizlərə bir çox həqiqətləri tanıdır. O cümlədən: nur və zülməti, haqq və batili, haqqı və şəri, mələkləri və İblisi (lən), halalı və haramı, həyatı və ölümü. Bu saydıqlarımız elə həqiqətlərdir ki, birinin o birisi ilə heç bir nisbəti yoxdur. Belə ki, pak insanın əhvalatı bir cürdür, xəbis insanın əhvalatı başqa cür. Nurun əhvalatı bir cürdür, zülmətin əhvalatı başqa cür. Siz nurda iyənin ucu qədər zülmət tapa bilməzsiniz, zülmətdə də o cür. “Pak torpağın bitkisi öz Rəbbinin (əzəli) izni ilə (firavan və bol) çıxır. Pis olan (torpağın bitkisi isə) yalnız az və xeyirsiz çıxar (pak insanın təbiətindən gözəl əqidələr, adətlər və işlər, pis təbiətdən isə pis əqidə, sifət və əməllər baş qaldırır). Biz (Öz tövhid) ayələrimizi şükür edən bir dəstə üçün beləcə müxtəlif (şəkillərdə) gətiririk”. (“Əraf” 58). Həzrət Zəhranın (s.ə) mübarək varlığı – pak torpaqdır. Bu pak torpağa Həzrət Peyğəmbər (s) elm, tövhid, mərifət, əsalət, şərafət, əxlaq, saleh əməl toxumlarını səpmişdir. Bu toxumların bağbanı isə Uca Allahın Özüdür. Allah Təala Peyğəmbərin (s) səpdiyi bu toxumların hamısını üzə çıxartmışdır. Əgər Həzrət Zəhraya (s.ə) tərif vermək istəsək, gərək deyək ki, Xanım (s.ə) bütün mələkut aləminin sifətlərini özündə cəm edən və bütün eyiblərdən uzaq olan kamil insandır ki, Quran ayələrinin nümunəsi hesab olunur. Bu aləmdə gördüyümüz hər bir mənəvi həqiqət ondan zühur etmişdir. Bütün axirət nemətləri Qiyamət günü Xanımın (s.ə) kənarında özünü göstərəcəkdir. /Deyerler.org/ Oxşar xəbərlər
|