Qiyamət günü hesabsız behiştə gedənlər olacaqmı?
Mьəllif: admin1
Tarix: 26-01-2019, 20:40
Qiyamət günü hesabsız behiştə gedənlər olacaqmı?
İmam Sadiqin (ə) nəzərinə görə, Qiyamət günü insanlar üç dəstəyə bölünəcəklər ki, onlar ibarətdir:

1. Bir dəstə o kəslərdir ki, başqa insanlar hesab verməklə məşğul olduqları halda onlar İlahi qürb məqamında qərar tutar və onların bu hesaba ehtiyacı olmaz. Çünki bu mərhələləri dünyada olan zaman keçmişdir.

2. Bir dəstə o kəslərdir ki, Qiyamət günü gərək hesab versinlər və onun dayanacaqlarından keçsinlər. Hesab verdikdən sonra əməllərin savab və ya cəzasına çatarlar.

3. Bir dəstə isə o kəslərdir ki, dünyada Allahdan qaçdıqları üçün cəhənnəm quyusuna enərlər.

Beləliklə deyə bilərik ki, Qiyamət günü o kəslər ki, xalis mömindirlər – onlar hesab vermədən, birbaşa behiştə daxil olarlar. Çox təəssüf ki, bu cür insanların sayı həddən artıq azdır.

İkinci dəstə insanlar isə mömin olmaqlarına baxmayaraq, dünyada etdikləri günahlara görə cəhənnəmin üst qatında cəza çəkərlər və paklandıqdan sonra behiştə daxil olarlar.

Bəziləri isə günahlarının az və həsənələrinin çox olmasına görə behiştə daxil olarlar. Allah Rəhim və Rəhmandır. Onların bu günahlarını həsənələrinə görə bağışlayar və onları cəzalandırmadan behiştə aparar. Ancaq bu günahlar əlbəttə ki, kəbirə günahlar olmaz. Yəni, bu günah onun ruhuna təsir etməmiş olar.

Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, Əli (ə) vilayəti o xeyirdir ki, heç bir günah, hətta böyük olsa belə, ona ziyan vurmaz. Axirət əzablarının bir hissəsi ilə paklanar ki, təyyib sərvərlərin şəfaəti ilə kamil nicat taparlar”.

Bu hədisdən belə nəticəyə gəlmək olur ki, vilayət insanı axirətdə xilas edə bilən ən böyük silahdır. Hər kim bu silaha qurşanarsa və ona söykənərsə, əzabdan nicat tapa bilər və Məsumların (ə) şəfaəti ilə behiştə daxil ola bilər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031