Həzrət Rəsuli-Əkrəmə (s) əta edilən ən böyük möcüzə
Mьəllif: admin1
Tarix: 28-01-2019, 23:30
Həzrət Rəsuli-Əkrəmə (s) əta edilən ən böyük möcüzə
İmam Sadiq (ə), Abdullah İbni Əbi Yəfura buyurur: “Həzrət Əlinin (ə) Peyğəmbər (s) yanında malik olduğu əzəmətli məqamının cəhətinə nəzər sal və o cəhətə sadiq ol!

Həzrət Əli (ə) doğru danışdığı və əmanətdar olduğu üçün Peyğəmbər (s) yanında o ali məqamı əldə etmişdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah möcüzə olaraq Musaya (ə) – əsa, İbrahimə (ə) – atəşin soyumasını, İsaya (ə) – ölüləri dirildən sözlər əta buyurmuşdur. Mənə isə Əlini (ə) əta etmişdir. Hər bir peyğəmbərin nişanəsi vardır. Bu Əlinin (ə) şəxsidir ki, Allahımın nişanə və möcüzəsidir”.

Həzrət Rəsuli-Əkrəm (s) bu nurani kəlamı ilə İmam Əlinin (ə) onun yanında olan uca məqamından xəbər vermişdir. İmam Əlini (ə) bu məqama çatdıran sifətlərdən biri – onun sədaqət və doğruçuluğu olmuşdur.

Doğruluq yolunu getmək üçün, onu tanımaq mühümdür. Əxlaq kitabları bizə onun mərhələlərini tanıdırlar.

Sədaqətin mərhələləri ilə tanış olaq:

1. Danışıqda doğruluq. Doğru danışmaq və dilə yalan söz gətirməmək – sədaqətin ən tanınmış mərhələsidir. Əgər insan dilinə gətirdiyi sözə diqqət edər və onu yalandan qoruyarsa, bu mərhələni əldə etmiş olar.

Bir nəfər İslam Peyğəmbərinə (s) deyir: “Ey Allahın Rəsulu! Dünya və axirət xeyirini təmin edən sifəti mənə təlim ver!”. Həzrət (s) buyurur: “Yalan danışma!”.

İmam Əli (ə) buyurur: “Dorğuluğun sonu – nicat və salamatlıqdır”.

2. Əməldə sədaqət. Bəzən insan doğru danışsa da, əməlində onu göstərmir. Yəni, əməli danışığına uyğun gəlmir. Bu cür insan əməldə sədaqətdən uzaqdır. Qurani-Kərim bu kimi insanlar haqqında buyurur: “Ey iman gətirənlər, etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Niyə əməl etməyəcəyinizi bilə-bilə vəd verirsiniz?)”. (“Səff” 2).

Əmirəl-möminin (ə) buyurur: “Ey insanlar! Allaha and olsun ki, mən sizi heç bir itaətə vadar etmirəm, məgər o halda ki, sizdən əvvəl özüm ona əməl edirəm”.

İmam Əlinin (ə) buyurduğu kimi, sadiq insan o kəsdir ki, özü əməl edəndən sonra başqalarını ona dəvət edər. Özü əməl etmədiyi halda, insanları həmin əmələ vadar etməməlidir.

3. Niyyətdə sədaqət. Niyyət, insan əməlini həyata keçirər. Hər bir əməl niyyətdən qaynaqlanar. Necə ki, Məsumlarımız (ə) buyurur: “İnsanın əməli – onun niyyət ağacının meyvəsidir”.

İmam Sadiq (ə) buyurur: “Qiyamət günü Allah, insanları niyyətlərinə əsasən məhşur edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah sizin əməlinizin zahirinə baxmaz. O şey ki, Allah Təalanın diqqətini cəlb edər – sizin qəlblərinizin daxilidir”.

Beləliklə deyə bilərik ki, sədaqətli insan o kəsdir ki, bu üç mərhələyə çata bilər. Həm danışığında, həm rəftar və əməlində və həm də niyyətində sadiq və doğruçu olar.

Buna örnək olaraq İmam Əlini (ə) göstərmək olar. İmam Əli (ə) məhz bu ali sifətinə görə Allahın və Peyğəmbərin (s) sevgisini qazanmış və ali məqam olan siddiqin məqamına çatmışdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031