Qəfil ölən ata, var-dövlətinin yerini oğluna belə dedi
Əbu Haşim Cəfəri nəql edir: “Bir gün bir nəfər İmam Cavadın (ə) xidmətinə gəlir və deyir: “Ya ibni Rəsulallah! Atam anidən ölmüşdür və çoxlu mal-dövlətə malikdir. Mən onların yerindən xəbərsizəm.
Mənim ailəm çox genişdir və onların xərclərini təmin etməkdən acizəm. Mən sizi sevənlərdən və sizə əlaqə bəsləyənlərdənəm. Xahiş edirəm ki, mənim fəryadıma çatasınız. Mənə bu çətinlikdən nicat verəsiniz”. İmam (ə) onun bu xahişinə cavab olaraq buyurur: “İşa namazını qılandan sonra Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər və ondan sonra atanı yuxunda görəcəksən. Səni malın yerindən agah edəcəkdir”. Həmin şəxs İmamın buyurduqlarını yerinə yetirir və atasını yuxuda görür. Atası ona deyir: “Oğlum! Mən öz malımı filan yerdə gizlətmişəm. Onları götür və Peyğəmbərin (s) övladı olan İmam Cavada (ə) çatdır”. O şəxs yuxudan ayılan kimi həmin yerə tərəf hərəkət edir. Həmin yerə çatan kimi malları axtarmağa başlayır və tapır. Onları götürüb İmamın (ə) xidmətinə aparır. Gördüyü yuxunu danışır və sonra deyir: “Allaha şükür olsun ki, siz Ali-Muhəmmədi (ə) bu qədər əziz etmişdir. Sizi bu xəlqin arasından seçmişdir ki, insanlara çətinliklərdən nicat verəsiniz””. /Deyerler.org/ Oxşar xəbərlər
|