Çirkin sözlər çirkin insanları cəzb edər
Söyüş söymək və dilə pis söz gətirmək – rəzil sifətlərdəndir ki, möminin şəninə yaraşmır və onun məqamını aşağı salır.
Və əgər hansısa cahil pis sözü Məsumların (ə) ünvanına söyləyirsə, bu, artıq ağır cinayətdir, küfrdür. Dinizmiz buyurur ki, Məsumların (ə) ünvanına layiq olmayan sözü demək – Allaha pis söz deməyə bərabər edilir. Hər kim Allaha pis söz deyər – şirk edər, hər kim Peyğəmbərə (s) pis söz deyər – Allaha küfr edər. Bu səbəbdəndir ki, Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Əlini (ə) söyər – məni söymüş olar. Hər kim məni söyər – Allahı söymüş olar”. Dinimiz ölülərə belə pis söz deməyi qadağan edir. Belə ki, Peyğəmbərimiz (s) buyurur: “Ölülərinizə söyməyin. Çünki onlar qabaqcadan göndərdiklərinə çatıblar. Əgər mömindirsə, dirilər kimi ona söyüş söymək caiz deyildir. Əgər fasiqdirsə, yerinə yetirdiyi pis əməllər ilə özünü giriftar etmiş və İlahi rəhmətdən məhrum olmuşdur. Ona görə də onları da söyməyin”. O zaman ki, insan dilinə pis söz gətirər, ətrafında olan yaxşı insanların nifrətini qazanar. Nəticədə hamı ondan uzaq durar. İmam Əli (ə) buyurur: “Hər bir çirkin və xoşagəlməz sözdən uzaq ol. Çünki onları deməklə alçaq və rəzil insanlar sənə üz tutar və kərim insanlar səndən qaçarlar”. Söyüş başqa insanların qəlbinə kin toxumu səpər. Bəni-Təmim qəbiləsindən olan bir ərəb Peyğəmbərin (s) yanına gəlir və ona nəsihət verməsini istəyir. Həzrət (s) buyurur: “İnsanları söymə ki, onların düşmənçiliyinə səbəb olar”. /Deyerler.org/ Oxşar xəbərlər
|