Həftənin neçənci günü dırnaq tutaq?
Peyğəmbər (s) buyurur:
Şənbə günü dırnaq tutan, xora xəstəliyinə tutular. Bazar günü dırnaq tutanın, bərəkəti aradan gedər. Bazar ertəsi dırnaq tutan, Quran hafizi (əzbərləyəni) olar. Çərşənbə axşamı dırnaq tutanın, həlak olma ehtimalı var. Çərşənbə günü dırnaq tutanın, əxlaqı pis olar. Cümə axşamı dırnaq tutanın bədənindən xəstəlik xaric olar və şəfa bədəninə daxil olar. Cümə günü dırnaq tutanın ömrü və malı artar. Camiul-əxbar, s 141 İmam Sadiqə (ə) belə deyildi: Səhabələr deyirlər bığ və dırnaq, gərəkdir ki, cümə günü kəsilsin. İmam təəccüb etdi və buyurdu ki, istədiyin gün dırnaq və bığları kəs. Qeyd: Hədislərdə bu günlərdə dırnaq tutub-tutmamağın faydalı olması ixtilaflıdır. Şənbə Bazar Çərşənbə Çərşənbə axşamı Amma bu günlərdə dırnaq tutmağın faydalı olması dəqiqdir Bazar ertəsi Cümə axşamı Cümə Dırnaq tutmaq istəyənlər bu günlərdə dırnaq tutsunla. (Ayətullah Təbrizyan) Oxşar xəbərlər
|