İmam Rzanın (ə) yaşayış və yemək yeməy tərzi
⚜ Buyurardı ki, yeməyə yüngül yeməklərlə başlayın. ⚜ Doymamışdan qabaq süfrədən qalxardı, buyurardı ki, doymamışdan qabaq yeməkdən əl götür, bu bədənin sağlamlığına, zehnin artmasina və bədənin yüngüllüyünə səbəb olar. ⚜ Yeməkdən əvvəl əllərini yuyardı və dəsmal ilə qurutmazdı və yeməkdən sonra əllərini yuyardı və dəsmal ilə qurudardı. ⚜ O vaxt ki, onun üçün süfrə salınardı, bütün işçilərini qulamlarını süfrənin başına dəvət edərdi. ⚜ Yeməyə başlamazdan əvvəl bir miqdar sirkə içərdi və buyurardı sirkə zehni artırır və əqli çoxaldır. ⚜ Yeməyi isti halda yeməzdi. ⚜ Tövsiyə edərdi ki əgər evdə yemək yerə tökülsə onu tez yığın amma səhrada tökülsə yığmayın. ⚜ Xadimlərindən biri deyir: Biz süfrə başında olanda imam bizi çağırmazdı və bizim yanımıza gələndə qoymazdı süfrə başından qalxaq. (Ayətullah Təbrizyan) Oxşar xəbərlər
|